az en
News / Millinin məşqçiləri klubların və U-17-nin məşqinə baxıb

Millinin məşqçiləri klubların və U-17-nin məşqinə baxıb

Məşqçilər Dərc olundu: 13.01.2015 Çap
Millinin məşqçiləri klubların və U-17-nin məşqinə baxıb
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının və yığma komandaların hazırlıq prosesini yaxından izləmək məqsədilə Antalya şəhərində səfərdə olan millimizin məqşçiləri Elxan Abdullayev, Draqan Spasiç və Qordan Tsipriç “İnter” klubunun məşqini izləyib. “Neftçi” klubunun hazırlıq prosesi barədə məlumat almaq üçün Mahmud Qurbanov və Faiq Əzizov komandanın məqşçiləri ilə görüşüb, sonra isə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqində olublar. Mahmud Qurbanov və Draqan Spasiç “Qarabağ” klubunun da məşqini izləyib.
 
Baş Sponsor 
Partnyorlar