az en
News / Millinin üzvləri yoldaşlıq oyunu barədə

Millinin üzvləri yoldaşlıq oyunu barədə

A Milli Dərc olundu: 09.06.2018 Çap
Azərbaycan milli komandasının üzvləri Emin Mahmudov, Ruslan Abışov və Maksim Medvedev Latviya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə affa.az-a fikirlərini bildirib:
Millinin üzvləri yoldaşlıq oyunu barədə
Emin Mahmudov: “Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik".
 
Ruslan Abışov: “Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Onlara 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik. Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.
 
Maksim Medvedev: “Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik. Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”
 
 
Baş Sponsor 
Partnyorlar