az en
News / Mingəçevirdə məktəbli qızlar arasında futzal turniri keçiriləcək

Mingəçevirdə məktəbli qızlar arasında futzal turniri keçiriləcək

Kütləvilik Dərc olundu: 30.11.2018 Çap
1-2 dekabr tarixlərində Mingəçevir şəhərində 13 yaşadək məktəbli qızlar arasında futzal turniri keçiriləcək.
 
Mingəçevirdə məktəbli qızlar arasında futzal turniri keçiriləcək
“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında baş tutacaq yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
 
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi sayca ikinci dəfədir təşkil olunur. İlk layihə 27-28 oktyabr tarixlərində Qubada keçirilib.
 
Baş Sponsor 
Proyekt Partnyorları