az en
News / Mükafatlar təqdim olunub (fotoreportaj)

Mükafatlar təqdim olunub (fotoreportaj)

Dərc olundu: 11.05.2019 Çap
Topaz Premyer Liqasının bu gün keçirilmiş sonuncu – 28-ci turunun “Neftçi” – “Qarabağ” oyunundan sonra “Bakcell Arena”da 2018/2019-cu il mövsümünün qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub. İlk öncə Azərbaycan çempionatına uzunmüddət sponsorluq etdiyinə görə “Caspiantech” QSC-nin baş direktoru Vüsal Məmmədova Peşəkar Futbol Liqası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Həmçinin 16 qolla Topaz Premyer Liqasının 2018/2019-cu il mövsümünün ən məhsuldar oyunusu olan Mahir Mədətov xüsusi mükafata layiq görülüb.
Mükafatlar təqdim olunub (fotoreportaj)
Mövsümü mükafatçılar sırasında başa vurmuş “Səbail”, “Neftçi” və “Qarabağ” komandaları müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla mükafatlandırılıblar. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev təqdim edib. Mərasimin sonunda “Qarabağ” komandasına çempionluq kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar