az en
News / Məktəbli qızlar arasında futzal turniri keçiriləcək

Məktəbli qızlar arasında futzal turniri keçiriləcək

Turnir Dərc olundu: 26.10.2018 Çap
27-28 oktyabr tarixlərində Quba şəhərində 13 yaşadək məktəbli qızlar arasında futzal turniri keçiriləcək. Quba Olimpiya Kompleksinin idman zalında keçiriləcək yarışda rayonun 9 məktəb komandası iştirak edəcək. AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunacaq. Turnirdə ilk üç yeri tutan komandalar diplomlarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.
Məktəbli qızlar arasında futzal turniri keçiriləcək
Baş Sponsor 
Partnyorlar