az en
News / “Məktəblərdə futbol dərsi” turnirinə yekun vurulub (fotoreportaj)

“Məktəblərdə futbol dərsi” turnirinə yekun vurulub (fotoreportaj)

Məktəblərdə futbol dərsi Dərc olundu: 29.05.2018 Çap
AFFA və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəblərdə futbol dərsi” layihəsi çərçivəsində qızlardan və oğlanlardan ibarət komandalar arasında təşkil edilən turnirə yekun vurulub.
 
“Məktəblərdə futbol dərsi” turnirinə yekun vurulub (fotoreportaj)
Bayıl Arenada təşkil edilən final mərhələsinin oyunları başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, UEFA-nın təhsilin inkişafı üzrə koordinatoru Frank Rudolf, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai tədim ediblər.
Qızların yarışında turnirin ən yaxşı oyunçusu Lalə Abbaszadə (141 saylı orta məktəb), ən yaxşı qapıçısı isə Suzə Səfərli (65 saylı orta məktəb) seçilib. 236, 65 və 141 saylı məktəbin komandaları müvafiq olaraq dördüncü, üçüncü və ikinci pillələri tutub. Gəncədə yerləşən Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziyanın komandası isə qalib olub.
Oğlanların turnirində Emil Yadigarov (İsmayıllı rayonu 1 saylı orta məktəb) ən yaxşı oyunçu, Əli İbrahimov (269 saylı orta məktəb) ən yaxşı qapıçı seçilib. 237, 236 və İsmayıllı rayonu 1 saylı orta məktəbin komandası dördüncü, üçüncü və ikinci yeri tutub. Qalib isə 269 saylı məktəbin komandası olub. Final mərhələsində iştirak edən bütün komandalara hədiyyələr, ilk 3 yeri tutan iştirakçılara isə bürünc, gümüş və qızıl medallar, diplomlar və kubok təqdim edilib.
Sonda layihəyə verdiyi dəstəyə görə UEFA-nın təhsilin inkişafı üzrə koordinatoru Frank Rudolfa və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə Azərbaycan milli komandasının forması hədiyyə edilib.
 
 
 
Baş Sponsor 
Partnyorlar