az en
News / “Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilir (fotoreportaj)

“Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilir (fotoreportaj)

UNICEF Dərc olundu: 09.08.2019 Çap
AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri”nə start verilib.
 
“Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilir (fotoreportaj)
İlk belə təlim avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində ADBTİA-nın və UNİCEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən keçirilib. Təlimlər UNİCEF və AFFA-nın hazırladığı kitabça və təlimatlara əsasən keçirilir. Ümumilikdə isə təlimlər Bakı və 7 müxtəlif region olmaqla 517 məşqçi üçün nəzərdə tutulub.
 
Xatırladaq ki, layihənin əsas məqsədi məşqçilərə qız və oğlan uşaqları arasında ayrı-seçkilik və zorakılığı necə aradan qaldırmaq, idmançı gəncləri hədəflərinə çatmaqda dəstəkləmək, yeni bacarıqları öyrənməyə və rol almağa təşviq edərək özlərinə inamı necə qurmaqla bağlı məlumatlandırmaqdır. Qızların futbolda iştirakı, habelə həssas və təcrid olunmuş uşaq və gənclərə qarşı (o cümlədən qızların və əlillərin) ayrı-seçkilik, stiqma və stereotiplərin aradan qaldırılmasını, eləcə də sağlam həyat tərzini təbliğ etmək üçün idmandan istifadə edən UNICEF ilə tərəfdaşlıq AFFA-nın “GROW 2020” adlı inkişaf strategiyasında göstərilmiş əsas prioritetlərdəndir.
 
Baş Sponsor 
Partnyorlar