az en
News / "Müsbət dəyişikliklər hiss olunur"

"Müsbət dəyişikliklər hiss olunur"

Hakimlər Dərc olundu: 25.01.2015 Çap
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimizin hazırlığına qatılan FIFA təlimatçısı Aleksey Spirin yanvarın 21-dən etibarən nəzəri məşğələlərdə iştirak edib, son yeniliklər haqda məlumat verib. Rusiyalı mütəxəssis daha sonra seminarın gedişi ilə bağlı affa.az saytına fikirlərini bildirib:
 
 
"Müsbət dəyişikliklər hiss olunur"
“Seminarda iştirakıma görə şadam. Hakimlər üçün gözəl şərait yaradılıb. Antalyada olduqları müddətdə gündə 2 dəfə fiziki hazırlıq, eyni zamanda nəzəri məşğələlər keçirlər. Yeniliklərlə bağlı lazımi məlumatları onlara çatdırırıq. Onların burada idarə etdikləri oyunların analizi də aparılır, səhvləri qeyd olunur. Sevindirici məqam odur ki, hakimlər hər xırda detalla maraqlanır, bütün məlumatlara sahib olmağa çalışırlar.  
Ötən il də onların seminarına qatılmışdım. Müqayisə etsək, hakimlərdə müsbət dəyişikliklərin hiss olunduğunu deyə bilərəm. Burada idarə etdikləri oyunlarda da özlərini yaxşı tərəfədən göstərdilər. Heç bir klub və yığma onların idarəçiliyi ilə bağlı narazılıq bildirməyib. Əksinə, xoş sözlərə layiq görülüblər. Məsələn, Ukrayna və Albaniyanın U-21 yığmaları arasında oyunu Ömər Paşayev idarə etdi. Meydanda maraqlı qarşılaşma izləsək də, idarəçilik ondan da maraqlı oldu.
Azərbaycanın hakimlik ənənələri olub. Tofiq Bəhramov, Eldar Əzimzadə kimi dünya səviyyəli hakimlər həm idarəçilikləri ilə, həm də şəxsiyyət kimi özlərini təsdiq ediblər. Bu gənclərin arasından da elə güclü referilərin çıxacağına ümid edirəm”.
 
Baş Sponsor 
Partnyorlar