az en
News / Mətbuat konfransı keçirilib

Mətbuat konfransı keçirilib

DÇ-2018 Dərc olundu: 25.03.2017 Çap
DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçki və futbolçular Rəşad Sadıqovla Rahid Əmirquliyevin iştirakı ilə mətbuat konfransı keçirilib:
 
Mətbuat konfransı keçirilib
Robert Prosineçki: “Bir həftədir toplanışdayıq. Hazırlıq prosesindən razıyam. Lazımi məlumatları futbolçulara çatdırmışıq və əlimizdən gələni edəcəyik. Komanda oyuna hazırdır. Start heyətində Kamran Ağayev, Maqomed Mirzabekov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev yer alacaq. Rəqibi təhlil etmişik. Almaniya millisi dünya çempionu olmasına baxmayaraq, sabah onları asan oyun gözləmir. Futbolçularımın fiziki durumundan həmişə razı qalmışam. Komandamızın sabah da əlindən gələni edəcəyinə əminəm. Müəyyən problemlərimiz var. Namik Ələskərov zədəli olduğu üçün sabah meydana çıxa bilməzdi. Maksim Medvedevin fiziki durumu oynamasına imkan vermir. Ruslan Abışovla bağlı nəsə etməyə çalışsaq da, o da zədəsi ilə əlaqədar olaraq, Almaniya yığması ilə görüşü buraxacaq”.
 
Rəşad Sadıqov: “Qrupun ən güclü komandası Almaniya yığmasıdır. Bunu nəticələri ilə sübut ediblər. Görüşə həmişə olduğu kimi, ciddi yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, sabah maraqlı oyun olsun və yaxşı nəticəyə imza ataq. Rəqib hərtərəfli, yaxşı komandadır. Bəzi komandalar uzun ötürmələrdən və ya atletik oyundan istifadə edir. Amma Almaniya yığması hərtərəfli komandadır. Almaniya yığması səhvləri bağışlamır Sabahkı oyun barədə çox danışmaq yox, meydanda əlimizdən gələni etmək lazımdır”.
 
Rahid Əmirquliyev: “Rəqibimiz güclü komandadır, dünya çempionudur. Oyuna yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac duymuram. Sabah meydanda özümüzü göstərməliyik. Azarkeşin olması bizim üçün əlavə motivasiyadır. Rəqib hər dəfə bu qədər fanat önündə oynayır. Bu mənada, bizim üçün daha böyük stimuldur. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək”.
 
Baş Sponsor 
Partnyorlar