az en
News / “Ən yaxşı futbolumuzu oynamalıyıq”

“Ən yaxşı futbolumuzu oynamalıyıq”

A Milli Dərc olundu: 10.10.2018 Çap
UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun, həmiçinin milli komandanın üzvü Pavel Paşayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub:
 
“Ən yaxşı futbolumuzu oynamalıyıq”
Qurban Qurbanov: “Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.
Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm. Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum, hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydannın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.
Bu toplanışda az məşq etmişik. Hal-hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq”. 
 
Pavel Paşayev: “Rəqibi təhlil etmişik. Taktiki cəhətdən intizamlı komandadı. Düzdü, uzun yol qət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik”.
 
Baş Sponsor 
Partnyorlar