FIFA referi köməkçisi Namiq Hüseynov UEFA Region Liqasının final oyununa təyinat alıb.
O, iyunun 26-da “Burghausen stadionu”nda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolny Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastyan Kolteskuya kömək edəcək. Digər köməkçi hakim Senad İbrisimbegoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaq.