az en
News / “Naxçıvan Kuboku-95” beynəlxalq turnirinə yekun vurulub (fotoreportaj)

“Naxçıvan Kuboku-95” beynəlxalq turnirinə yekun vurulub (fotoreportaj)

Turnir Dərc olundu: 19.10.2019 Çap
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun vurulub.
 
“Naxçıvan Kuboku-95” beynəlxalq turnirinə yekun vurulub (fotoreportaj)
13-14 yaşlı futbolçular arasında təşkil olunan turnirin son turunun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Həlledici qarşılaşmadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Özbəkistanın “Əndican” komandası ilk dəfə təşkil olunan “Naxçıvan kuboku-95” beynəlxalq turnirinin qalibi olub. “Qarabağ” gümüş, Özbəkistanın digər təmsilçisi “Qaraqalpakstan” komandası isə bürünc medallar qazanıb. 
Turnirin ən məhsuldar oyunçusu “Qaraqalpakstan” komandasının hücumçusu Makset Kalbayev olub. Ən yaxşı futbolçu adına isə “Əndican” komandasının üzvü Oktam Abdulmalikov layiq görülüb. Turnirdə iştirak edən bütün futbolçular Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Futbol Federasiyasının hədiyyələri ilə mükafatlandırılıblar.
 
Baş Sponsor 
Proyekt Partnyorları