AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport Kuboku”na yekun vurulub.
Turnirin son oyununda “Şərurspor” və MOİK komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən MOİK-in qollarını Rəfael Qəvami, Pərvin Paşayev və Fərid Kərimzadə vurub.
4 oyundan 10 xal toplayan “Neftçi” “CBC Sport Kuboku”nun qalibi olub. Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin CBC Sport televiziya kanalının baş direktoru Volkan Ust kuboku “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim ediblər.