az en
News / Neymar Jr’s Five futbol turniri Azərbaycanda

Neymar Jr’s Five futbol turniri Azərbaycanda

Turnir Dərc olundu: 15.05.2018 Çap
Artıq üçüncü ildir ki, məşhur futbolçu Neymar tərəfindən təqdim edilmiş “Neymar Jr’s Five” futbol turniri azərbaycanlı gənclər üçün öz istedadlarını göstərməyə şərait yaradır və onlara futbolçunun vətəni Braziliyada keçiriləcək final mərhələsində iştirak etmək imkanını verir.
 
Neymar Jr’s Five futbol turniri Azərbaycanda
Neymar Jr’s Five –“beşin beşə” qlobal futbol turniridir və dünyanın hər bir tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları biraraya gətirir. 2017-ci il də turnirdə Azərbaycan da daxil olmaqla 53 ölkəni təmsil edən 100 000–dən artıq oyunçu iştirak edib. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki finalda qalib titulunu qazanaraq, 21 iyulda Praya-Qrande, Projecto Neymar Jr-da, Braziliyada üçüncü dəfə keçiriləcək turnirin final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar.
 
Neymar Jr-un özü bu layihənin inkişafında yaxından iştirak edir: “Mən çox şadam ki, ildən ilə bu yarışmada iştirak edən oyunçuların, komandaların və iştirakçı ölkələrin sayı artır», - deyə o, öz müsahibəsində bildirib.
 
AFFA-nın dəstəyi ilə Azərbaycanda keçiriləcək seçim mərhələləri Gəncə şəhərində 19 may, Lənkəranda 26 may və Bakıda 1, 2, 3 iyun tarixlərində təşkil olunacaq. Milli final mərhələsi Bakıda 17 iyun tarixində keçiriləcək.
 
Yarışmada altı nəfərdən ibarət olan komandalar iştirak edə bilər, oyunçulardan dördü 16-25 yaş arası, digər ikisi isə 25 yaşdan böyük ola bilərlər. Qeydiyyatdan keçmək üçün -  https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olun.
 
Yeri gəlmişkən, 2017-ci ilin qalibi olan“ Şirinlər” komandası artıq bir dəfə Braziliyada olub və bu fürsəti əldən verməmək üçün onlar yenə də mübarizə aparmağa hazırdırlar. 
 
“Dünya finalında ölkəni təmsil etmək böyük bir qürurdur və biz 53 ölkədən olan ən yaxşı oyunçularla layiqli mübarizə aparmaq üçün əlimizdən gələn hər bir şeyi etdik. Bu il də komandamızın bəzi oyunçuları seçim mərhələlərində iştirak edəcək”, -  deyə, ötənilki qalib komandanın kapitanı Elməddin Hüseynov bildirib: “Qalib olmaq üçün ən əsası, bir yumruq kimi əsl komanda olmaq, bütün diqqəti oyuna yönəltmək və qaydaları pozmamaq lazımdır”.
 
Neymar Jr’s Five futbol turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azfar Sport Events & Promotion şirkəti və Badamlı – Gemiqaya Mineral Sular MMC tərəfindən göstərilən dəstəklə keçirilir.
 
Baş Sponsor 
Partnyorlar