az en
News / İnfrastrukturla tanışlıq səfəri (fotolar)

İnfrastrukturla tanışlıq səfəri (fotolar)

AFFA Dərc olundu: 29.11.2019 Çap
Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, federasiyanın İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
 
İnfrastrukturla tanışlıq səfəri (fotolar)
Qırğızıstan milli komandası üçün Bişkek şəhərində təlim-məşq bazasının inşası planlaşıdırılır və bu səfərin məqsədi Bakı şəhərində yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidir. Qonaqlar bu gün Bakı Olimpiya Stadionuna baş çəkib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində ASCO Arena, AFFA Futbol Akademiyası, Mərdəkan qəsəbəsindəki Milli Komandaların Məşq Mərkəzi və Bakcell Arenaya baxış keçirəcəklər.
 
Baş Sponsor 
Partnyorlar