az en
News / “Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm”

“Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm”

A Milli Dərc olundu: 09.06.2017 Çap
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya  oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçkinin, həmçinin komandanın üzvləri Maksim Medvedev və Cavid Hüseynovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm”
Robert Prosineçki: “Bir aya yaxındır təlim-mşq toplanışındayıq. Avstriyadakı toplanışın ardından oyunun son hazırlığını Bakıda reallaşdırdıq. Hazırlığın gedişindən razı qaldım. Sabah komandamıza azarkeş dəstəyi lazım olacaq. Bizi maraqlı, həm də böyük oyun gözləyir. Səfərdəki məğlubiyyəti yaddan çıxarmamışıq. Komandam oyuna hazırdı və çıxıb mübarizə aparacağıq. Nəticənin bizim üçün müsbət alınacağına ümid edirəm.
Təbii ki, Avstriyada yoldaşlıq oyunu keçirə bilsəydik, əla olardı. Təəssüf ki, rəqib tapa bilmədik. Buna baxmayaraq, tam gücümüzlə məşq etdik. Heyətə cəlb etdiyin futbolçuların hamısı sabah meydana çıxmağa hazırdı. Komandama güvənirəm. İnanıram ki, məşqlərdə göstərdikləri performansı sabah oyunda da görəcəyik.
Riçard Almeyda sabah millinin heyətində debüt edəcək. Onun tam gücünü nümayiş etdirməsinə heç bir maneə görmürəm. Çünki o, 6 ilə yaxındı Azərbaycanda çıxış edir və millinin əksər futbolçularını yaxından tanıyır, bir neçəsi ilə eyni klubda çıxış edir”.
 
Maksim Medvedev: “Yaxşı məşqlər keçdik. Oyuna hazırıq. Belfastdakı səhvləri təkrarlamamağa calışacağıq. Bu rəqibi bir dəfə məğlub etmişik. Meydana həmin motivasiya ilə çıxacağıq. Uğurlu nəticəyə ümid edirik”.
 
Cavid Hüseynov: “Güclü rəqiblə qarşılaşacağıq. Rəqibin üstün cəhətlərini bilirik. Onları yaxşı analiz etmişik. Doğma azarkeşlərimiz qarşısında qələbə qazanmağa çalışacağıq. Həm də gözəl futbol nümayiş etdirəcəyimizə inanaıram”.
 
Baş Sponsor 
Partnyorlar