az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 03.03.2015 Çap
28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
 
28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXIV turunun “İnter” – “Simurq” matçının 88-ci dəqiqəsində “Simurq” klubunun 88 №-li futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
28 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1)
Oyunun 90+3-cü dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Qarabağ”  – “Qəbələ”  matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Zirə” – “Kəpəz”  matçında “Kəpəz” komandasının heyətində 7 №-li futbolçu Ramil Həşimzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 500 manat cərimə olunur (maddə 42.1).
27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi  Araz Əliyev    texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62). Oyunun 90-cı dəqiqəsində “Ağsu” klubunun 4 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan” klubunun 13 №-li futbolçusu Bayram Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
25 fevral 2015-ci il  U-19 Liqasının “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+1-ci dəqiqəsində “Qarabağ”  klubunun 4 №-li futbolçusu Rəşad Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
25 fevral 2015-ci il U-19 Liqasının “Neftçi” – “Qəbələ” matçının 21-ci dəqiqəsində “Qəbələ” klubunun 2 №-li futbolçusu Hacıağa Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
25 fevral 2015-ci il  U-19 Liqasının “Bakı” – “Sumqayıt” matçının 85-ci dəqiqəsində “Sumqayıt”  klubunun 7 №-li futbolçusu Ramin Rzayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 fevral 2015-ci il  Bakcell U-17 Liqasının “Vətən” – AZAL matçının 50-ci dəqiqəsində AZAL klubunun məşqçisi Elşad Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
26 fevral 2015-ci il  U-16 Liqasının AZAL – “İnter” matçının 66-cı dəqiqəsində AZAL  klubunun 15 №-li futbolçusu Nadir Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 fevral 2015-ci il  U-16 Liqasının “Rəvan”  – “MKT Araz” matçının 65-ci dəqiqəsində “Rəvan” klubunun 7 №-li futbolçusu Xəyal Tomarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 fevral 2015-ci il U-16 Liqasının “Vətən” – “Bakı” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Fəhmin Hüseynli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
26 fevral 2015-ci il U-16 Liqasının “Neftçi İK İB” – “Turan”  matçında “Turan”  klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 fevral 2015-ci il  U-16 Liqasının “Xəzər Lənkəran”  – “Sumqayıt” matçının 73-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Asif Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyun başa çatdıqdan sonra  “Sumqayıt” klubunun 12 №-li futbolçusu Orxan Əfəndizadə, “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Mirabbas Qədirli və 13 №-li futbolçusu Nəriman Mirzəzadə dava-dalaşda iştirak etdiklərinə görə hər bir oyunçu 5 oyun cəzalanır.(maddə 39.1).
1 mart  2015-ci il  U-16 Liqasının “Şirvan” – “Neftçi” matçının 7-ci dəqiqəsində “Şirvan” klubunun 17 №-li futbolçusu Rüfət Məlikov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
 
Baş Sponsor 
Partnyorlar