az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 31.03.2015 Çap
27 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Turan-Tovuz” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
Oyunun 79-cu dəqiqəsində “Turan-Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Energetik” – “Rəvan” matçının 5-ci dəqiqəsində “Energetik” klubunun 1 №-li futbolçusu Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
28 mart 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Şahdağ” – “Göyəzən” matçının 76-cı dəqiqəsində “Şahdağ” klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
18 mart 2015-ci il U-19 Liqasının “Neftçi” – AZAL matçının 40-cı dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 mart 2015-ci il U-19 Liqasının “Simurq” – “Sumqayıt” matçının 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 63 №-li futbolçusu Tural Fatdayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 89-cu dəqiqəsində “Simurq” klubunun 66 №-li futbolçusu Cavidan Ömərli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
18 mart 2015-ci il U-19 Liqasının “Əlincə” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Eduard Rəfiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2015-ci il U-19 Liqasının “İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Neftçi” klubunun 70 №-li futbolçusu Sərxan Əhmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 mart 2015-ci il U-19 Liqasının “Əlincə” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 mart 2015-ci il U-19 Liqasının “Neftçi” – “Bakı” matçının 9-cu dəqiqəsində “Bakı” klubunun 35 №-li futbolçusu Ülvi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
29 mart 2015-ci il U-19 Liqasının “Simurq” – “İnter” matçının 68-ci dəqiqəsində “Simurq” klubunun 92 №-li futbolçusu Abdulla Seyidəhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
23 mart 2015-ci il Bakcell U-17 Liqasının “Kəpəz” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Həsən Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
26 mart 2015-ci il U-16 Liqasının “Şirvan” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 mart 2015-ci il Coca-Cola U-13 Liqasının “Neftçi İK İB” – “İnter” matçının 38-ci dəqiqəsində “Neftçi İK İB” klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 mart 2015-ci il Atena U-12 Liqasının “Bakı” – AZAL matçının 38-ci dəqiqəsində “Bakı” klubunun 10 №-li futbolçusu Vüsal Əliyev və AZAL klubunun 13 №-li futbolçusu Rəhim Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.3).
 
Baş Sponsor 
Partnyorlar