az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 28.04.2015 Çap
25 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). 
 
İntizam Komitəsinin qərarları
Oyunun 45+1-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 72 №-li futbolçusu Elvin Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
25 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Adıçəklilən futbolçu İntizam Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə iki oyunu şərti cəza olmaqla 3 oyun cəzalandırılmışdır. Lakin futbolçu ona verilən 6 aylıq sınaq müddəti ərzində yenidən cəzalandığı üçün 2 oyunluq şərti cəza  avtomatik olaraq qüvvəyə minir.
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “Sumqayıt”  – “Simurq”    matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXI turunun “İnter”  – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Rəvan” – “Neftçala” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
25 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Şahdağ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 5, “Mil-Muğan” klubunun  isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Kəpəz” – “Ağsu” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünür, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilir. Hakimlər Komitəsi hakim haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Vasif Mehrəliyev, “Ağsu” klubunun 7 №-li futbolçusu Malik Babayev bir-birini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 42.1).
8 aprel 2015-ci il U-19 Liqasının “Əlincə” – “Bakı” matçının 40-cı dəqiqəsində “Əlincə” klubunun 7 №-li futbolçusu Xaliq İbrahimov və “Bakı” klubunun 17 №-li futbolçusu Azamat Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 48).
17 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Qəbələ” – “Vətən” matçının 34-cü dəqiqəsində “Qəbələ” klubunun 17 №-li futbolçusu Nurlan Quliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
20 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Sumqayıt” – “Kəpəz” matçının 59-cu dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Murad Məmmədxanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
20 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Qarabağ” – “Vətən” matçının    22-ci dəqiqəsində “Qarabağ” klubunun 14 №-li futbolçusu Kənan Zülfüqarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 aprel 2015-ci il Bakcell U-17 Liqasının “Neftçi İK İB” – “İnter” matçının 76-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 12 №-li futbolçusu İsmayıl İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
23 aprel 2015-ci il U-16 Liqasının “Bakı” – “Qəbələ” matçının 53-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Murad Qayalı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 aprel 2015-ci il U-16 Liqasının AZAL – “MKT Araz” matçında  “MKT Araz”  klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrar olunduğuna görə klub yarışlardan kənarlaşdırılır.
21 aprel 2015-ci il U-15 Liqasının “Xəzər Lənkəran” – “Qarabağ” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 86 №-li futbolçusu Xəqani Sadıqov rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
23 aprel 2015-ci il U-15 Liqasının “Simurq” – AZAL matçında AZAL  klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 aprel 2015-ci il U-15 Liqasının “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq”  klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 aprel 2015-ci il Coca Cola U-13 Liqasının “Bakı” – “Qəbələ” matçının 53-cü dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Ruslan İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
22 aprel 2015-ci il Atena U-12 Liqasının “Xəzər Lənkəran” – Tim (Gəncə)  matçının 12-ci dəqiqəsində “Tim” klubunun baş məşqçisi Ceyhun Tanrıverdiyev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4). Oyun başa çatdıqdan sonra “Tim” klubunun 3 №-li futbolçusu Kənan İbrahimov  hakimi təhqir etdiyinə görə 2 oyun cəzalanır (maddə 42.3).
24 aprel 2015-ci il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Metropoliten” – “Baku fire” matçının 39-cu dəqiqəsində “Metropoliten” klubunun 14 №-li futbolçusu Ceyhun Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 aprel 2015-ci il Futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin  “Sədərək” – “İtaldizain” matçı bitdikdən sonra “Sədərək” klubunun 7 №-li futbolçusu Elxan Abbasov hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
25 aprel 2015-ci il Futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Flaqman” – “Məkan” matçının 35-ci dəqiqəsində “Məkan”  klubunun 5 №-li futbolçusu İsmayıl Xanlarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 aprel 2015-ci il Futzal üzrə Azərbaycan birinciliyinin “Titan” – “Batmen-Montin” matçının 43-cü dəqiqəsində “Batmen-Montin”  klubunun 22 №-li futbolçusu Rauf Cavadov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 aprel 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Standart” – “Xəmsə” matçının 24-cü dəqiqəsində “Xəmsə” klubunun 13 №-li futbolçusu Qüdrət İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar