az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 26.05.2015 Çap
22 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXV turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun 27 №-li futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
22 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXV turunun “Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
“Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.
22 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XXXV turunun AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq” klubunun 35 №-li futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3). Oyunun 21-ci dəqiqəsində “Simurq” klubunun 35 №-li futbolçusu Amil Ağacanovun qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 5000 manat cərimə olunur  (maddə 38.5).
21 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXV turunun “Bakı” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
21 may 2015-ci il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXV turunun AZAL – “Simurq”  matçında AZAL klubunun 4 futbolçusu, “Simurq” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur  (maddə 40). Oyunun 69-cu dəqiqəsində AZAL klubunun 47 №-li futbolçusu Əsgər Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 76-cı dəqiqəsində “Simurq” klubunun 67 №-li futbolçusu Sərxan Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1). Oyunun 90+4-cü dəqiqəsində AZAL klubunun 46 №-li futbolçusu Namiq Salayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 90+1-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62). Oyun bitdikdən sonra “Simurq” klubun məşqiçisi Asif Ramazanov geniş kütlə qarşısında hakimlər briqadasın və hakimlər komitəsin təhqir etdiyinə görə  10 oyun stadiona girişinə qadağa qoyulur, klub 10 000 manat cərimə olunur (maddə 81) (maddə 10). Oyun başa çatdıqdan sonra “Simurq”  klubunun 45 №-li futbolçusu Kamran Həsənzadə hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur  (maddə 42.3).
Qaradağ Lökbatan” klubunun prezıdentinə İntizam Komitəsi tərəfindən 10 oyunluq stadiona giriş qadağası qoyulmuşdur. Lakin əldə olunan faktlara görə verilmiş cəzadan sonra “Qaradağ Lökbatan”  klubun prezidenti Tahir Mustafayev “Qaradağ Lökbatan” - “Şəmkir” matçında stadionda olmuşdur.Bu səbəbdəndə klub prezidentinə verilmiş cəzaya 1 oyun stadiona giriş cəzası əlavə olunur. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.
22 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIX turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçının 85-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Tural Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
23 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIX turunun “Şahdağ” – “Şəmkir” matçının 74-cü dəqiqəsində “Şəmkir” klubunun 4 №-li futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
23 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIX turunun “Energetik” – “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
23 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIX turunun “Göyəzən” – “Zirə” matçının 77-ci dəqiqəsində “Göyəzən” klubunun 2 №-li futbolçusu İslam Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
23 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXIX turunun “Rəvan” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Rəvan” klubunun 7 №-li futbolçusu Elvin Həsənəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 75-ci dəqiqəsində “Rəvan” klubunun 7 №-li futbolçusu Elvin Həsənəliyev qırmızı vərəqə alaraq meydançanı tərk edərkən künc bayrağın sındırdığına görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 83-cü dəqiqəsində “Ağsu” klubunun 8 №-li futbolçusu Natiq Kərimi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 86-cı dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Məhərrəm Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 20 manat cərimə olunur (maddə 48).
23 may 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Yasamal” – “Xəmsə” matçının 23-cü dəqiqəsində “Yasamal” klubunun 3 №-li futbolçusu Tərlan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
23 may 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Yol” – “Kövsər” matçının 26-cı dəqiqəsində “Yol” klubunun 9 №-li futbolçusu Elton Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 26-cı dəqiqəsində “Kövsər” klubunun 12 №-li futbolçusu Turxan Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır(maddə 37.1). Oyunun 30-cu dəqiqəsində “Yol” klubunun 17 №-li futbolçusu Əsgər Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
 
Baş Sponsor 
Partnyorlar