az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 06.10.2015 Çap
2 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VII turunun AZAL – “Rəvan” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
 “Rəvan” klubunun baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 82).
3 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VII turunun “Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
4 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra  “Xəzər Lənkəran” klubunun baş məşqiçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 1000 manat cərimə olunur (maddə 82).
4 oktyabr  2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının VII turunun “Kəpəz” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
4 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının VII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
Oyunun 90-cı dəqiqəsində “İnter” klubunun 79 №-li futbolçusu Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur(maddə 42.3).
Oyunun 90+3 - cü dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Zurab Xızanişvili hakimlər briqadasına qarşı təhqiredici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur(maddə 42.3).
Oyun başa çatdıqdan sonra “İnter” klubunun nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
2 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi” klubunun 57 №-li futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
3 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Kəpəz”  – “Sumqayıt” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
3 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ”  – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur  (maddə 40).
1 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun IV turunun MOİK – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
1 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Şəmkir” – “Ağsu” matçının 70 - ci dəqiqəsində “Ağsu” klubunun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur(maddə 42.4).
1 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
2 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun IV turunun “Qaradağ Lökbatan” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).
5 oktyabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun I turunun təxirə salınmış “Ağsu” – “Zaqatala” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 16-cı dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
3 oktyabr 2015-ci il U-14 Liqasının “Ağstafa Gəncləri” (Ağstafa) – “Təhsil” (Şəmkir) matçında “Təhsil” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 oktyabr 2015-ci il U-14 Liqasının “MKT Araz” (İmişli) – “Azəryol-Bəhramtəpə” (İmişli) matçının 2 – ci dəqiqəsində  “Azəryol-Bəhramtəpə” klubunun 18 №-li futbolçusu Ümüd Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır(maddə 48). “Azəryol-Bəhramtəpə” komandasanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 oktyabr 2015-ci il Coca Cola U-13 Liqasının “Uğur” (Ucar) – “Məhsull” (Zərdab) matçında “Uğur” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 oktyabr 2015-ci il U-12 Liqasının “Uğur” (Ucar) – “Məhsul” (Zərdab) matçında “Məhsul” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 oktyabr 2015-ci il U-12 Liqasının “MKT-Araz” (İmişli) – UGİM (Xocavənd) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 oktyabr 2015-ci il U-11 Liqasının UGİM Olimpik (Qusar) – “Qudyalçay” (Xaçmaz) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 oktyabr 2015-ci il U-11 Liqasının “Qarabağ” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 oktyabr 2015-ci il U-10 Liqasının “Neftçi” – “Bakı” matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 oktyabr 2015-ci il U-10 Liqasının “Uğur” (Ucar) – “Sabirabad” (Sabirabad) matçında “Uğur” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar