az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 24.05.2016 Çap
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyunun 75 və 85-ci dəqiqələrində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).  Oyunun  73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52). Oyunun 78-ci dəqiqəsində “Rəvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
20 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyunun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52). Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 1000 manat cərimə olunur(maddə 62).
19 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXVI turunun “Qarabağ” – AZAL matçının 79-cu dəqiqəsində “Qarabağ” klubunun 31 №-li futbolçusu Salman Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
15 may 2016-cı il Azərbaycan Həvəskarlar Liqasının “Tufan” – “Şanxay” matçında “Şanxay” klubunun heyətində qeydiyyatdan keçməyən futbolçu oynadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
15 may 2016-cı il Azərbaycan Həvəskarlar Liqasının “Ağdaş” – “Şərur” matçının 67-ci dəqiqəsində “Şərur” klubunun 17 №-li futbolçusu Fərid Yaqublu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90-cı dəqiqəsində “Ağdaş” klubunun 6 №-li futbolçusu Taryel Zeynalov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 38.5).
22 may 2016-cı il Azərbaycan Həvəskarlar Liqasının “Balaxanı” – “Binə” matçının 60-cı dəqiqəsində “Binə” klubunun 22 №-li futbolçusu Şola Jakoseni sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 87-ci dəqiqəsində “Balaxanı” klubunun 11 №-li futbolçusu Şahin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
 
 
Baş Sponsor 
Partnyorlar