az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.09.2016 Çap
FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” PİK klubu haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirmişdir. Belə ki, “İnter” PİK klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bocognano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması  göstərilmişdir.
 
İntizam Komitəsinin qərarları
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilir:
1. Azərbaycan Topaz Premyer Liqasında çıxış edən "İnter" PİK-in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.
22 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının təxirə salınmış III turunun “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olmuş və oyunda 1 dəqiqəlik fasilə yaranmasına səbəb olmuşdur. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunur (maddə 50). Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62).
24 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında oyun öncəsi PFL-in himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.
24 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Zirə” – “Qəbələ”  matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
25 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Neftçi” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
23 sentyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun AZAL – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40). Oyunun 83-cü dəqiqəsində AZAL klubunun futbolçusu Məmmədov Şirməhəmməd rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur (maddə 42.1).
22 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun III turunun “Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 54-cü dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Emil Həsənzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
22 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun III turunun “Şəmkir” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
23 sentyabr 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun III turunun “Bakılı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
25 sentyabr 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “İtaldizain”  – “Baku Fire” matçının 40-cı dəqiqəsində “Baku Firə” klubunun 11 №-li futbolçusu Sərxan Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 sentyabr 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “RR Club”  – “Qaradağ Lökbatan” matçının 46-cı dəqiqəsində “RR Club” klubunun 6 №-li futbolçusu Valeh Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 sentyabr 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin II dəstəsinin “Altay”  – “Atletiko Baku” matçının 48-ci dəqiqəsində “Atletiko Baku” klubunun 10 №-li futbolçusu Zaur Səmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
23 sentyabr 2016-cı il futzal üzrə Azərbaycan  birinciliyinin “Zülfiqar 114”  – “King Elektrik” matçının 19-cu dəqiqəsində “Zülfiqar 114” klubunun 10 №-li futbolçusu Seymur Müslümov və “King Elektrik” klubunun 77 №-li futbolçusu Eyyub Əfəndiyev aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyun cəzalanır (maddə 42.3).
 
Baş Sponsor 
Partnyorlar