az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.02.2017 Çap
18 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının XIX turunun “İnter” – “Zirə” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
19 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının XIX turunun “Sumqayıt” – AZAL matçının birinci hissəsi bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunur.
Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaqdır.
19 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasının XIX turunun “Qəbələ” – “Qarabağ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
•     “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.
•    “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur. 
•    “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.
18 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “Sumqayıt” – AZAL matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 37 №-li futbolçusu 
Ülvi Kələşov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
19 fevral 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun “İnter” – “Zirə” matçının  84-cü dəqiqəsində “Zirə” klubunun 34 №-li futbolçusu 
Cavidan Ömərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
16 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Rəvan” – “Şəmkir” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
17 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Energetik” – “Göyəzən” matçında “Energetik” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
16 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Turan Tovuz” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 69-cu dəqiqəsində “Turan Tovuz” klubunun 4 №-li futbolçusu Səbayıl Bağırov aqresiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
16 fevral 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Ağsu” – MOİK matçının 90+3-cü dəqiqəsində MOİK klubunun 25 №-li futbolçusu Qərib İbrahimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.
15 fevral 2017-ci il U-19 Liqasında “Vətən” RİOEUG – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun 31 №-li futbolçusu Miremil Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 50-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Yusif Qafarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 
Baş Sponsor 
Partnyorlar