az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.09.2017 Çap
9 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaqdır.
 
İntizam Komitəsinin qərarları
10 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qəbələ" – “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
10 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter" – “Kəpəz” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. 
 
Baş Sponsor 
Partnyorlar