az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 20.09.2017 Çap
16 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının V turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 86-cı dəqiqəsində “Neftçi” klubunun 22 №-li futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
17 sentybar 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Neftçi” – “Zirə” matçının 81-ci dəqiqəsində “Neftçi” klubunun 42 №-li futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur.
17 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “İnter" – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “İnter” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
18 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun “Səbail" – “Qəbələ” matçında “Səbail" klubu oyunun video yazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunur.
12 sentyabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Səbail” – “Qarabağ” matçının 88-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu  Nihad Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanır. Oyunun 88-ci dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Əliağa Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır. Oyunun 70-ci dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Fizuli Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 sentyabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Neftçi” İK İB – “Qəbələ” matçının 79-cu dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu İdris İnqilablı  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanır.
11 sentyabr 2017-ci il, U-16 Liqasında “Sumqayıt” – “Qəbələ” matçının 72-ci dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Hüseyn Mürsəlov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır. Oyunun 80+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 5 №-li futbolçusu Rəşad Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.
14 sentyabr 2017-ci il, U-16 Liqasında, “Neftçi” İK İB – “Turan Tovuz” matçının 37-ci dəqiqəsində “Turan Tovuz” klubunun 4 №-li futbolçusu  Sahib Salmanov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır.
16 sentyabr 2017-ci il, U-10 Liqasının “UGİM-14” (Bakı) – “Zirvə” (Xırdalan) matçında “Zirvə” komandasanın heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
16 sentyabr 2017-ci il, U-10 Liqasının “UGİM-1” (Sumqayıt) – “Polad” (Sumqayıt) matçında “UGİM-1” komandasanın heyətində yetər say olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
Baş Sponsor 
Partnyorlar