az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 08.11.2017 Çap
5 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XI turunun “Kəpəz” – “Qarabağ” matçında “Kəpəz” klubu meydanı sulamadığına görə  klub 800 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
5 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XI turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılmışdır. Stadiona dəymiş ziyan əsasında “Zirə” klubunun təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.
5 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Sumqayıt” – “Keşlə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Keşlə” klubunun 2 №-li futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur. Oyunun 84-cü dəqiqəsində “Sumqayıt” klubunun 96 №-li futbolçusu Elsevər Bəkirzadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt” klubunun 41 №-li futbolçusu Ceyhun Rəcəbli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
3 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Ağsu” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
3 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionunun VI turunun “Xəzər” – “Binə” matçında “Xəzər” və “Binə” klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
2 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Turan Tovuz” – “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
1 noyabr 2017-ci il, Gənclər Liqasında, “Sumqayıt” – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 9 №-li futbolçusu Eltac Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
1 noyabr 2017-ci il, Gənclər Liqasında, “Səbail” – “Neftçi” matçının 57-ci dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Cavid Qasımlı hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır.
6 noyabr 2017-ci il, Bakcell U-17, “Neftçi” – “Səbail” matçının 56-cı dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Mehdi Tahirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 27-ci dəqiqəsində “Neftçi” klubunun  baş məşqçisi Arslan Quliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
6 noyabr 2017-ci il, Bakcell U-17 , “Xəzər Lənkəran” – “Kəpəz” matçının 86-cı dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Fərid Soltanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
4 noyabr 2017-ci il, Boulevard U-15 Liqasında, “Qarabağ” – İOEUGİM matçında İOEUGİM  komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, U-14 Liqasında, “Şüvəlan” – “Stern” matçının 85-ci dəqiqəsində “Şüvəlan” klubunun 17 №-li futbolçusu Hüseyn Məmmədzadə və  “Stern” klubunun 13 №-li futbolçusu Cəsur Bayramov aqressiv davranışlara görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-14 Liqasında, “Laçın” – “Məhlə Uşaqları” matçının 24-cü dəqiqəsində “Məhlə Uşaqları” klubunun 9 №-li futbolçusu Fərid İslamov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-14 Liqasında, “İsgəndər Cavadov” – “Zirvə” matçının 47-ci dəqiqəsində “İsgəndər Cavadov” klubunun 9 №-li futbolçusu Fərhad Qüdrətli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 8-ci dəqiqəsində “Zirvə” klubunun 5 №-li futbolçusu Hüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-14 Liqasında, “Seperadi Bələdiyyəsi” – “Viləş” matçının 8-ci dəqiqəsində “Viləş” klubunun 4 №-li futbolçusu Bəhman İbadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 8-ci dəqiqəsində “Seperadi Bələdiyyəsi” klubunun 7 №-li futbolçusu Mikayıl Ağazadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
4 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, Sirvanovka (Qusar) – Şahdağ-Samur (Qusar) matçında Şahdağ-Samur komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, UGİM (Tovuz) – “Gülül” (Ağstafa) matçının 13-cü dəqiqsində UGİM klubunun 7 №-li futbolçusu Hüseyn Hüseynov  öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
4 noyabr 2017-ci il, U-12 Liqasında, Zirvə (Xırdalan) – “Polad” (Sumqayıt) matçında “Zirvə” komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Autizmlilər” İK – “Qusar” matçında “Autizmlilər”  komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, Qızlar Yüksək Liqasında , “Keşlə” PİK – “Qəbələ” matçının 48-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu İlahə Eyvazlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 70-ci dəqiqəsində “Keşlə” klubunun 3 №-li futbolçusu Fidan Abdulrəhmanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 77-ci dəqiqəsində “Keşlə” klubunun 17 №-li futbolçusu Pərvin Səfərəliyeva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-13 qızlar Liqasında , “Fidan” – “Keşlə” PİK matçının 33-cü dəqiqəsində “Fidan” klubunun 8 №-li futbolçusu Nazilə Mürsəlova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
Baş Sponsor 
Partnyorlar