az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 15.11.2017 Çap
11 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Ağsu” – “Binə” matçı başlamazdan əvvəl “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
12 noyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Mil-Muğan” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun baş məşqiçisi  Aqil Nəbiyev stadionun plastik şitini sındırmışdır. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan” klubunun təqdim edəcəyi hesab “Şüvəlan” klubu tərəfindən ödənilsin.
11 noyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Bakinka” FK – “Təhsil” FM matçında “Bakinka” FK komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
12 noyabr 2017-ci il, U-16 qızlar Liqasında, “Əhmədli Yunayted” FK – “Təhsil” FM matçında “Əhmədli Yunayted” FK komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
11 noyabr 2017-ci il, Qızlar yüksək Liqasında, “Baku City” – “İnter” PİK matçının 27-ci dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Roza Quliyeva hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun ikinci hissəsində “İnter” klubu meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyət verilir. “İnter” klubunun baş məşqçisi Anar Vəliyeva xəbardarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə daha ağır sanksiya tətbiq olunacaqdır.
7 noyabr 2017-ci il, futzal üzrə Azərbaycan çempionatının “Araz” – “Neftçi” İK matçının 18-ci dəqiqəsində “Araz” klubunun 13 №-li futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
12 noyabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “VİP” FK – “Hövsan” FK matçının 21-ci dəqiqəsində “Hövsan” klubunun 1 №-li futbolçusu Əli Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Metropoliten” – “Obolon” matçının 47-ci dəqiqəsində “Metropoliten” klubunun 9 №-li futbolçusu Namiq Mirzəyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
12 noyabr 2017-ci il, Azərbaycan həvəskarlar Liqasında “Hövsan” – “Bərdə”
matçının 12-ci dəqiqəsində “Hövsan” klubunun 3 №-li futbolçusu Mirxəlil İslamov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 68-ci dəqiqəsində “Hövsan” klubunun 5 №-li futbolçusu Süleyman Əhmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
8 noyabr 2017-ci il, Gənclər Liqasında, “Zirə” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Xəzər Mahmudov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
8 noyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında,  “Zaqatala” – “Turan” matçının 70+2-ci dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Denis Əsədullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 noyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Zirə” – “Vətən” matçı başa çatdıqdan sonra “Zirə” klubunun 5 №-li futbolçusu Elnur Mirzəyev hakimi təhqir etdiyinə görə  meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-14 Liqasında,  “Laçın” (Pirəşükül) – “Məhəllə Uşaqları” (Sumqayıt) matçının 24-cü dəqiqəsində “Məhəllə Uşaqları” klubunun 9 №-li futbolçusu Fərid İslamov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
9 noyabr 2017-ci il, U-14 Liqasında, “Birlik Gİİ” (Şəmkir) – “UGİM Tovuz” matçında “Birlik Gİİ” komandası  iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
12 noyabr 2017-ci il, U-14 Liqasında, “Yasamal Gİİ” (Şəmkir) – UGİM  (Qazax) matçının 21-ci dəqiqəsində “Yasamal Gİİ” klubunun 14 №-li futbolçusu Sənan Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 33-cü dəqiqəsində “Yasamal Gİİ” klubunun 1 №-li futbolçusu Sənan Məhərrəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Qarşılaşmanın 58-ci dəqiqəsində UGİM klubunun 5 №-li futbolçusu Şamil Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında, “Xudafərin” (Cəbrayıl) – UGİM  (Saatlı) matçının 33-cü dəqiqəsində UGİM  klubunun 4 №-li futbolçusu Nicat Fərzəliyevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Oyunun 46-ci dəqiqəsində “Xudafərin” klubunun 8 №-li futbolçusu Sənan Balakişiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında, “Sumqayıt” (Sumqayıt) – "Şüvəlan"  (Bakı) matçında “Sumqayıt” klubunun 4 №-li futbolçusu Emin Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
12 noyabr 2017-ci il, U-14 Liqasında, “Neftçi” İK İB – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun 14 №-li futbolçusu Hüseyn Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
12 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “UGİM Topqapı” (Bərdə) – "UGİM" (Bərdə) matçında "UGİM" (Bərdə) klubunun 9 №-li futbolçusu Mətin Həsənzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
11 noyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, “Gəncə” TİM (Gəncə) – “Gənclik UGİM-2” matçının 33-cü dəqiqəsində “Gənclik TİM” klubunun 11 №-li futbolçusu Nihad Quliyevin və  “Gənclik UGİM-2” klubunun 6 №-li futbolçusu Taleh Cəlilinin aqresiv davranışlara görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır.
5 noyabr 2017-ci il, U-13 qızlar Liqasında, “Təhsil” RİM (Sumqayıt) – UGİM (Sumqayıt) matçında UGİM- 2  komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
4 noyabr 2017-ci il, U-11 qızlar Liqasında, İOEUGİM (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri”  komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. 
 
Baş Sponsor 
Partnyorlar