az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.12.2017 Çap
10 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/4 mərhələsinin “Keşlə” – “Kəpəz” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
İntizam Komitəsinin qərarları
10 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/4 mərhələsinin “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
10 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan kubokunun 1/4 mərhələsinin “Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt” klubunun 1 №-li futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
8 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionunun XIII turunun “Binə” – “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə 80 manat cərimə olunur.
8 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIII turunun MOİK – “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
8 dekabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun 14 №-li futbolçusu Əlimərdan Əlimardanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
7 dekabr 2017-ci il, Gənclər Liqasının, “Zirə” – “Qarabağ” matçının 70-ci dəqiqəsində “Qarabağ” klubunun 43 №-li futbolçusu Davud Mahmudov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
6 dekabr 2017-ci il, Gənclər Liqasının, “Qəbələ” – “Səbail” matçının 90+1-ci dəqiqəsində “Qəbələ” klubunun 15 №-li futbolçusu Fərid Nadirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
6 dekabr 2017-ci il, Gənclər Liqasında, “Kəpəz” – “Neftçi” İK matçı başı çatdıqdan sonra “Neftçi” İK-nın 23 №-li futbolçusu Əbdül Ağaməmmədov və “Kəpəz” klubunun 23 №-li futbolçusu Mehdi Həsənov, 11 №-li futbolçusu Yusif İsmayılov kütləvi dava-dalaşda iştirak etdiklərinə görə hər üç futbolçu 5 oyun cəzalanır.
10 dekabr 2017-ci il, Bakcell U-17 Liqasının, “Qəbələ” – “Səbail” matçının 65-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
7 dekabr 2017-ci il, U-16 Liqasının, “Səbail” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Rauf Məhərrəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
10 noyabr 2017-ci il, U-14, “Neftçi” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 5 №-li futbolçusu İlqar Bağırlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
10 noyabr 2017-ci il, U-14, “Mil-Muğan” – “Füzüli” matçı başa çatdıqdan sonra “Mil-Muğan” klubunun 2 №-li futbolçusu Nail Oruczadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
10 dekabr 2017-ci il, U-14 Liqasının, UGİM (Oğuz) – UGİM (Balakən) matçının 48-ci dəqiqəsində UGİM klubunun 10 №-li futbolçusu Bəylər Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
10 dekabr 2017-ci il, U-14 Liqasının, “Şirvan” – “Təhsil” RİM matçının 57-ci dəqiqəsində “Şirvan” klubunun 3 №-li futbolçusu Əhməd Eyvazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
9 dekabr 2017-ci il, Coca Cola U-13 Liqasının, “Quba” OK – UGİM (Siyəzən) matçının 45-ci dəqiqəsində “Quba” OK klubunun 5 №-li futbolçusu Elcan Musayevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
10 dekabr 2017-ci il,  Coca Cola U-13 Liqasının, UGİM (Lənkəran) – “Boradigah” (Masallı) matçının 45-ci dəqiqəsində UGİM klubunun Baş məşqiçisi Bəxtiyar Sadıqovun hakimi etdiyinə görə 5 oyun cəzalanır.
2 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, Sumqayıt FK (Sumqayıt) – UGİM (Xaçmaz) matçında Sumqayıt komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
2 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, UGİM (Lənkəran) – Əhmədli Yunayted matçında UGİM komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, Gömrükçü – "Autizmlilər" İK matçında "Autizmlilər" komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılır.
10 dekabr 2017-ci il, U-16 Qızlar Liqasında Liqasında, “Fidan” – UGİM (Qax) matçının 69-cu dəqiqəsində “Fidan” klubunun 8 №-li futbolçusu Nazilə Mürsəlovanın ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
İntizam Komitəsinin 6 dekabr  2017-ci il tarixli 16 №-li protokoluna əsasən, Mingəçevir-UGİM” (Xaçmaz) matçında hər iki komanda yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilmişdir. Lakin bu qərardan sonra Qadınlar Liqası şöbəsinin İntizam Komitəsinə ünvanladıqları məktuba əsasən texniki şöbə olaraq səhvə yol verdiklərini və hec bir limitin pozulmadığı bildirmişlər.
Bunu nəzərə alaraq İntizam Komitəsi 26 noyabr 2017-ci il U-16 qızlar Liqasında, “Mingəçevir-UGİM” (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi  qərarını ləğv edir.
4 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fans” – “Green-Log” matçının 30-cu dəqiqəsində “Baku Fans” klubunun 99 №-li futbolçusu Əkbər Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 30-cu dəqiqəsində “Green Log” klubunun 9 №-li futbolçusu Sahib Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
5 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin  “İtaldizayn” – “Qarabağ” matçının 15-ci dəqiqəsində “İtaldizayn” klubunun 11 №-li futbolçusu Raqif Eyvazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 21-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Seyidrazi Ağayevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Qarşılaşmanın 30-cu dəqiqəsində “İtaldizayn” klubunun 7 №-li futbolçusu Həsən Camalzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı vaxt hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.
9 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin  “Qarabağ” – “Baku Fire” matçının 24-cü dəqiqəsində “Baku Fire” klubunun 3 №-li futbolçusu Vüsal İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
10 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bərdə FK-Xocalı” – “Bayker Hughes” matçının 47-ci dəqiqəsində “Bayker Hughes” klubunun 88 №-li futbolçusu Elxan Sultanov hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır. Oyunun 50-ci dəqiqəsində “Bayker Hughes” klubunun 3 №-li futbolçusu Dair Məhəmmədov hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.
10 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Dalğa” – “Advokat” matçının 16-cı dəqiqəsində “Dalğa” klubunun 1 №-li futbolçusu Məhəmməd Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
 
Baş Sponsor 
Partnyorlar