az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 27.12.2017 Çap
24 dekabr 2017-ci il, Regional Liqasının, “Ümid” – “Tufan” matçında  “Ümid” klubu təhlükəsizliyi təmin etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61).
 
İntizam Komitəsinin qərarları
20 dekabr 2017-ci il, Gənclər Liqasının, “Kəpəz” – “Səbail” matçının 75-ci dəqiqəsində “Kəpəz” klubunun 9 №-li futbolçusu Kamal Həsənpur ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
20 dekabr 2017-ci il, Gənclər Liqasının, “Zirə” – “Keşlə” matçının 76-cı dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Qulu Axundov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 dekabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Qarabağ” – “Zirə” matçının 90-cı dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Rəvan Babazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 dekabr 2017-ci il, Bakcell U-17 Liqasında, “Keşlə” – “Neftçi” İK İB matçının 89-cu dəqiqəsində “Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyev İntizam Komitəsinin 18 №-li protokoluna əsasən  texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62). Lakin sonradan  Elçin Dərgahquliyevin köməkçi hakimi təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırılması müəyyən olunmuşdur. Bunu nəzərə alaraq İntizam Komitəsi 18 №-li protokoluna dəyişiklik edərək Elçin Dərgahquliyevi  hakimi təhqir etdiyinə görə 5 oyun cəzalandırır (maddə 42.4).
21 dekabr 2017-ci il, U-16 Liqasında, “Neftçi” İK İB – “Vətən” matçının 75-ci dəqiqəsində “Vətən” klubunun 6 №-li futbolçusu Cavad Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
21 dekabr 2017-ci il, U-16 Liqasında, “Keşlə” – “Neftçi” matçının 56-cı dəqiqəsində “Neftçi” klubunun 8 №-li futbolçusu Fərid Yusifli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
23 dekabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, “Neftçi” İK İB – “Turan” matçının 55-ci dəqiqəsində Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Taleh Yusifov və “Turan” klubunun 7 №-li futbolçusu Elnar Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 37.1).
14 dekabr 2017-ci il, U-14 Liqasında, “Səbail” – “Zirə” matçının 41-ci dəqiqəsində “Zirə” klubunun 4 №-li futbolçusu Mirfərid Qəhramanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
23 dekabr 2017-ci il U-12 Liqasında, Telman FM (Qusar) – Xudat (Xudat) matçında Telman FM komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
21 dekabr 2017-ci il U-10 Liqasında, Təhsil FM (Bakı) – İsgəndər Cavadov (Bakı) matçında Təhsil FM komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, "Əhmədli Yunayted" – "Sumqayıt" matçında "Sumqayıt" komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
9 dekabr 2017-ci il U-13 Qızlar Liqasında, "Amasiya" FK – "Fidan" matçında "Fidan" komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
24 dekabr 2017-ci il U-16 Qızlar Liqasında, "Fidan" FK – ŞKGB matçının 32-ci dəqiqəsində ŞKGB klubunun 13 №-li futbolçusu Aytən Mütəllibova kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
24 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Bədr FK” Xocalı – “Gənclik” İK matçının 43-cü dəqiqəsində “Bədr” FK klubunun 2 №-li futbolçusu Əli Ağadadaşov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin, “Dalğa” – “Atletiko Baku” matçında “Atletiko Baku” komandasının iştirak etməməsinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Baş Sponsor 
Partnyorlar