az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 17.01.2018 Çap
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında “Avanqart” – “Baku Fire-2” matçının 44-cü dəqiqəsində “Avanqart” klubunun 7 №-li futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 49-cu dəqiqəsində “Baku Fire-2” klubunun 4 №-li futbolçusu Fərrux Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
14 yanvar 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında “Gənclik” – “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir. 
 
İntizam Komitəsinin qərarları
Baş Sponsor 
Partnyorlar