az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 21.02.2018 Çap
Topaz Premyer Liqasının XVI turunun “Qəbələ” – “Zirə” matçında baş verənlər İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edir:
İntizam Komitəsinin qərarları
“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
 
“Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanır, hər iki klub 3200 manat cərimə olunub (maddə 42.1).
 
 “Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunub (maddə 42.4). Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33).
 
“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 62)
 
17 fevral 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XVI turunun  “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub  (maddə 40).
 
Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunub (maddə 42.1).
 
“Sumqayıt” klubunun baş məşqçisi Samir Abbasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 800 manat cərimə olunub (maddə 62).
 
19 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVI turunun “Kəpəz” – “Keşlə” matçında “Keşlə” klubunun 77 №-li futbolçusu Oleq Hüseynov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 800 manat cərimə olunub (maddə 42.1).
 
15 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Turan Tovuz” – MOİK matçında “MOİK” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub  (maddə 40).
         
15 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XIV turunun “Xəzər” – “Sabah” matçında 83-cü dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Şirməmməd Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48).
 
18 fevral 2018-ci il, Regional Liqasının, “Ümid” (Bakı) – “Şağan” (Bakı) matçının 60-cı dəqiqəsində “Şağan” klubu meydanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 53).
 
17 fevral 2018-ci il, Regional Liqasının, “Gənclik” (Sabirabad) – “Neftçala” (Neftçala) matçının 75-ci dəqiqəsində “Gənclik” klubunun 7 №-li futbolçusu Amid Zeynalov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
 
18 fevral 2018-ci il, Regional Liqasının, “Şirvan” (Ağdaş) – “Kürmük” (Qax) matçının 81-ci dəqiqəsində “Şirvan” klubunun 10 №-li futbolçusu Şahin Cəfərov aqresiv davranış, rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 38.3).
 
Oyunun 90+1-ci dəqiqəsində “Şirvan” klubunun 4 №-li futbolçusu Teymur Həbibov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
17 fevral 2018-ci il, Regional Liqasının, “Xəmsə” (Gənclik) – “Şəmkir” (Şəmkir) matçının 81-ci dəqiqəsində “Xəmsə” klubunun 4 №-li futbolçusu Asif Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
14 fevral 2018-ci il, Gənclər Liqasının, “Zirə” – “Qəbələ” matçının 67-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Rahid Ağazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
 
12 fevral 2018-ci il, Bakcel U-17 Liqasının, “Kəpəz” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Nicat Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
19 fevral 2018-ci il, Bakcel U-17 Liqasının, “Qarabağ” – “Neftçi” İK İB matçının 89-cu dəqiqəsində “Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Aqşin Eyyubov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
15 fevral 2018-ci il, U-16 Liqasının, “Keşlə” – “Zirə” matçının 63-cü dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Rüstəm Rüstəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
 
15 fevral 2018-ci il, U-16 Liqasının, “Vətən” – “Turan” matçının 37-ci dəqiqəsində “Turan” klubunun 11 №-li futbolçusu Mirxan Hümmətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
17 fevral 2018-ci il, Boulevard Hotel U-15 Liqasında, “Zirə” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Polad Mirzəyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
11 fevral 2018-ci il, U-10 Liqasında, “Göyçə” (Bakı) – “Təhsil” FM (Bakı) matçında “Göyçə” komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56). Bu hall 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır.
 
18 fevral 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “VİPEK” – “Obolon” İK matçının 10-cu dəqiqəsində “VİPEK” klubunun 21 №-li futbolçusu Fuad Rzayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
18 fevral 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “LSS” matçının 44-cü dəqiqəsində “Ulduz” klubunun 8 №-li futbolçusu Fuad Kişiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
 
 
 
Baş Sponsor 
Partnyorlar