az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 08.05.2018 Çap
05 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVI turunun  “Qəbələ” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
 
İntizam Komitəsinin qərarları
05 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVI turunun  “Səbail” – “Zirə” matçının 43-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Gadze simuliyasiyaya görə sarı vərəqə ilə cəzalanmışdır. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunmuşdur. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 43-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Gadzeyə göstərilmiş sarı vərəqə ləğv edilir.
 
06 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVI turunun  “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
 
06 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).
 
05 may 2018-ci il, 2017/2018 mövsümündə, Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Kəpəz” – “Sumqayıt” matçının 13-cu dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Məmmədli Məhərrəm sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 73-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
 
04 may 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Mil-Muğan” – “Şüvəlan” matçında 89-cu dəqiqəsində “Mil-Muğan” klubunun 14 №-li futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
04 may 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
 
04 may 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
Oyunun 82-ci dəqiqəsində “Xəzər” klubunun 14 №-li futbolçusu Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
 
04 may 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Ağsu” – “Binə” matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Ağsu” klubunun 11 №-li futbolçusu Qalib Əmrahov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).
 
06 may 2018-ci il, Regional Liqanın, “Oğuz” – “Şirvan” matçında "Oğuz" komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
06 may 2018-ci il, Regional Liqanın, “Səhliyalı” – “Şahdağ” matçının 90+1-ci dəqiqəsində “Səhliyalı” klubunun 25 №-li futbolçusu Ramil Babayev aqressiv davranış və hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 38.6).
Oyunun 90+1-ci dəqiqəsində “Səhliyalı” klubunun 5 №-li futbolçusu Elşən Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
 
07 may 2018-ci il, Bakcell U-17 Liqasının, “Səbail” – “Neftçi” matçının 37-ci dəqiqəsində "Neftçi" klubunun 5 №-li futbolçusu Nihad Qurbanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 40-cı dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu İlkin Əbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 38.2).
“Neftçi” klubunun baş məşqçisi Müşfiq Qənbərov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
 
07 may 2018-ci il, Bakcell U-17 Liqasının, “Neftçi” İK İB – “Zirə” matçının 44-cü dəqiqəsində "Neftçi" İK İB klubunun 9 №-li futbolçusu Yaqub Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
“Neftçi” İK İB klubunun baş məşqçisi Elçin Dərgahquliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
 
03 may 2018-ci il, U-16 Liqasının, “Vətən” RİOEUGİM – “Qəbələ” İK matçının 61-ci dəqiqəsində "Qəbələ" İK klubunun 3 №-li futbolçusu Mürsəlov Hüseyn öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 42.1).
 
03 may 2018-ci il, Boulevard U-15 Liqasının , “Səbail” – “Keşlə” matçının 35-ci dəqiqəsində “Keşlə” klubunun 4 №-li futbolçusu Rəşad Həsənovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 48).
 
06 may 2018-ci il, Boulevard U-15 Liqasının, “İOEUGİM”  – “Sumqayıt” matçının 70+2-ci dəqiqəsində "Sumqayıt" klubunun 4 №-li futbolçusu Sərvin İsmayılov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır  (maddə 42.3).
 
07 may 2018-ci il, Bakcell U-17 Liqasının , “Kəpəz” – “Xəzər Lənkəran” matçında "Xəzər Lənkəran" komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
29 aprel 2018-ci il U-16 Qızlar Liqasının, "Veqa" – "Əhmədli Yunayted" matçında "Veqa" komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır.
 
30 aprel 2018-ci il Yüksək Qızlar Liqasının, "Təhsil" FM – "Veqa" matçında "Veqa" komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
04 may 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının II dəstəsinin “İtaldizain” – “Standart” matçının 17-ci dəqiqəsində “İtaldizain” klubunun 3 №-li futbolçusu Səid Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 48).
 
 
Baş Sponsor 
Partnyorlar