az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 03.07.2018 Çap
İntizam Komitəsinin qərarları
1 iyul 2018-ci il, Azərbaycan həvəskarlar liqasının ½ final mərhələsinin “Ümüd” (Masallı) – “Liman” (Lənkəran) matçın 61-ci dəqiqəsində “Ümüd”  klubunun 27 №-li futbolçusu Əli Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 68-ci dəqiqəsində “Ümüd” komandasının futbolçuları kütləvi intizamsızlıq göstərərək hakimlər briqadasını təhqir etmiş və fiziki təzyiq göstərməyə cəhd etmişdir. Oyunun bərpası mümkün olmadığına və oyun yarımçıq dayandırıldığına görə “Ümüd” (Masallı) klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 53).  Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq ediləcək.
 
Baş Sponsor 
Partnyorlar