az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 02.10.2018 Çap
30 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
 
27 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Sabah-2” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
İntizam Komitəsinin qərarları
27 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Sumqayıt-2” – “Qarabağ-2” matçında “Sumqayıt-2” və “Qarabağ-2” klublarımım 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün klub hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
 
27 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Zirə-2” – “Neftçi-2” matçının 70-ci dəqiqəsində “Neftçi-2” klubunun 47 №-li futbolçusu Əsgər Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
 
28 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Səbail-2” – “Ağsu” matçında “Səbail-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
28 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Turan Tovuz” – “Zaqatala” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 72-ci dəqiqəsində “Turan Tovuz” klubunun 19 №-li futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
28 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şüvəlan” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+2-ci dəqiqəsində “Şüvəlan” klubunun 91 №-li futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılır, klub 180 manat cərimə olunur (maddə 48) (maddə 42.1).
Oyunun 90+3-cü dəqiqəsində MOİK klubunun 10 №-li futbolçusu Orxan Həsənov rəqibə qarşı təhqir edici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılır, klub 160 manat cərimə olunur (maddə 42.1).
 
26 sentyabr 2018-ci il, Gənclər Liqasının, “Neftçi” FK – “Səbail” FK matçının 20-ci dəqiqəsində “Səbail” klubunun 22 №-li futbolçusu Firuz Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Kənan Qasımov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.1).
 
26 sentyabr 2018-ci il, Gənclər Liqasının, “Qarabağ” FK – “Qəbələ” İK matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu  Nicat Oruclu aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
 
29 sentyabr 2018-ci il, Bakcell U-17, “Sabah” – “Qəbələ” matçının 57-ci dəqiqəsində “Sabah” klubunun 8 №-li futbolçusu Elmar Rəhimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 83-cü dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Nemət Şıxəmirovun və “Sabah” klubunun 15 №-li futbolçusu Xəyyam Hüseynov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.2).
 
29 sentyabr 2018-ci il, Boulevard U-15, “Keşlə” – “Xilə” matçının 65-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Hüseyn Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
29 sentyabr 2018-ci il, Boulevard U-15, “Qarabağ” – “İsgəndər Cavadov BFA” matçının 52-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 10 №-li futbolçusu Məhəmməd İbrahim kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
 
29 sentyabr 2018-ci il, Boulevard U-15, “Mil-Muğan” – “Zirə” matçının 49-cu dəqiqəsində “Mil-Muğan” klubunun 1 №-li futbolçusu Saleh Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
29 sentyabr 2018-ci il, Boulevard U-15, “Səbail” – “Zaqatala” matçının 49-cu dəqiqəsində “Zaqatala” klubunun 19 №-li futbolçusu Muxtar Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
30 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Gəncə TİM” – “Kəpəz” matçının 57-ci dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Araz Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
22 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Qəbələ” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Bəhruz Qurbalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
23 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Sumqayıt” – “Sabah” matçının 58-ci dəqiqəsində “Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
23 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Keşlə” – “Binə” matçının 15-ci dəqiqəsində “Keşlə” klubunun 4 №-li futbolçusu Hüseyin Muradlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
29 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Əlincə” – “Zirə” matçı başa çatdıqdan sonra “Zirə” klubunun 9 №-li futbolçusu Ağabəkir Həşimli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.3).
 
30 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Neftçi” İK İB – “EFA” matçının 52-ci dəqiqəsində “EFA” klubunun 2 №-li futbolçusu Yusif Nəzirovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
Oyunun 60-cı dəqiqəsində “Neftçi İK İB” klubunun 18 №-li futbolçusu Saleh Süleymanovun aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
 
23 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Yasamal” Gİİ – “Avey” matçının 52-ci dəqiqəsində “Yasamal” klubunun 7 №-li futbolçusu Ələkbər Hüseynlinin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
 
30 sentyabr 2018-ci il, Kapital Bank U-14, “Qazax Gəncləri”  – “Şəmkir Gİİ UGİM” matçında “Şəmkir Gİİ UGİM” klubun heyətində lisenziyası olmuyan futbolçunun iştirak etməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
 
22 sentyabr 2018-ci il, Coca Cola U-13, “UGİM Göy Göl”  – “Arzu UGİM 1” matçında “Arzu UGİM 1” klubun heyətində lisenziyası olmuyan futbolçunun iştirak etməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
30 sentyabr 2018-ci il, U-12, “Real Madrid” (Bakı) – “Sahil” FA (Bakı) matçının 15-ci dəqiqəsində “Real Madrid” klubunun rəsmisi Elman Həsənov hakimi təhqir etdiyinə görə hakimlər briqadasın təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.4).
 
30 sentyabr 2018-ci il, U-12, “Neftçi” İK İB – “EFA” matçının 49-cu dəqiqəsində “EFA” klubunun 37 №-li futbolçusu Nihat Quliyevin və “Neftçi” İK İB  5 №-li futbolçusu İlqar Məmmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 38.3).
 
22 sentyabr 2018-ci il, U-11 , “Qoşqar UGİM 2” (Gəncə) – “Təhsil TİM” (Gəncə) matçında “Qoşqar UGİM 2” komandasanın heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
 
 
 
Baş Sponsor 
Partnyorlar