az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 09.10.2018 Çap
5 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
5 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunur (maddə 82.2).
 
4 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
3 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan” klubunun 98 №-li futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
4 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Keşlə” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
3 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Qarabağ-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun heyətində protokolda adı daxil edilməyən futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və 800 manat cərimə olunur (maddə 51).
 
3 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VI turunun “Zaqatala” – “Zirə-2” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
7 oktyabr 2018-ci il, Region Liqasının, “Alyans” FK – “Neftçala” FK matçının 82-ci dəqiqəsində “Alyans” klubunun 7 №-li futbolçusu Elvin Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 38.2).
Oyunun 82-ci dəqiqəsində “Neftçala” klubunun 47 №-li futbolçusu Emil Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90+1-ci dəqiqəsində “Neftçala” klubunun 3 №-li futbolçusu Ədalət Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
6 oktyabr 2018-ci il, Region Liqasının, “Araz” (Saatlı) – “Gənclik” (Sabirabad) matçının 45-ci dəqiqəsində “Gənclik” klubunun 27 №-li futbolçusu Rəsul Sadıqlı və “Araz” klubunun 11 №-li futbolçusu Asəf Rzayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 38.2).
Oyun başa çatdıqdan sonra “Araz” klubunun 1 №-li futbolçusu Elnur Alməmmədli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.3).
 
3 oktyabr 2018-ci il, Gənclər Liqasının, “Keşlə” FK – “Zirə” matçının 80-cı dəqiqəsində “Zirə” klubunun 14 №-li futbolçusu Anar Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
Oyunun 88-ci dəqiqəsində “Zirə” klubunun 3 №-li futbolçusu Rəşid Rəcəbli və “Keşlə” klubunun 14 №-li futbolçusu Uğur Cahangirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanır (maddə 38.2).
 
3 oktyabr 2018-ci il, Gənclər Liqasının, “Səbail” FK – “Sabah” matçının 90+4-cü dəqiqəsində “Səbail” klubunun 22 №-li futbolçusu Zeynal Əhməzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
3 oktyabr 2018-ci il, Gənclər Liqasının, “Tufan” FK – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Şirxan Həsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
6 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Xəzər Lənkəran” – “Tufan” matçının 85-ci dəqiqəsində “Tufan” klubunun 2 №-li futbolçusu Nihad Seyidəli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
 
6 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Sumqayıt” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
 
6 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Mil-Muğan” – “Keşlə” matçının 65-ci dəqiqəsində “Keşlə” klubunun 8 №-li futbolçusu Nurlan Ağamirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 78-ci dəqiqəsində “Mil-Muğan” klubunun 32 №-li futbolçusu Babək Yaqublu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
7 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Zirə” – “Sabah” matçının 82-ci dəqiqəsində “Zirə” klubunun 10 №-li futbolçusu Həzrət İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
6 oktyabr 2018-ci il, U-16 Liqasının, “Viləş” – “Qarabağ” matçının 78-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Fidayə Əzizov və “Viləş” klubunun 17 №-li futbolçusu Bəhmən İbadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
 
6 oktyabr 2018-ci il, U-12 Liqasının, “Leon” – EFA matçında EFA komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
6 oktyabr 2018-ci il, U-11 Liqasının, “Şirvanovka” (Qusar) – “Quba” OK (Quba) matçında “Şirvanovka” komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
6 oktyabr 2018-ci il, U-11 Liqasının, “Neftçi” İK İB – “Polad” FK matçında “Neftçi” İK İB klubunun məşqçiləri  Tural Kərimov  və Orxan Məmmədov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki məşqçi 2 oyun cəzalanır (maddə 42.3).
Oyunun 30-cu dəqiqəsində “Neftçi” İK İB klubu meydançanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
29 sentyabr 2018-ci il, U-11 Liqasının, “Azəri” TİM – “Qoşqar-UGİM-2” matçında “Qoşqar-UGİM-2” komandasının heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
5 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Baku Fire” – “Green Log” matçının 25-ci dəqiqəsində “Baku Fire” klubunun 19 №-li futbolçusu Elşən Zərbəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
 
5 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Sovetski” – “Metropoliten” matçının 8-ci dəqiqəsində “Sovetski” klubunun 7 №-li futzalçısı Elman Vəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
6 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının U-19 – AZMİU matçının 23-cü dəqiqəsində AZMİU klubunun 2 №-li futzalçısı İman Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.3).
Oyunun 29-cu dəqiqəsində U-19 komandasının 12 №-li futzalçısı Niyaz Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar