az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 30.10.2018 Çap
27 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “Qəbələ” matçında baş verənlərlə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 
İntizam Komitəsinin qərarları
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun 27 №-li futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunur.
Hakimlər Departamentinə ciddi nöqsanlara, düzgün olmayan qərarlara və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması tapşırılır.
28 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IX turunun “Səbail” – “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun 8 №-li futbolçusu Kucuk Evgeniy ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
28 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5, “Qarabağ” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2” klubunun 4, “Səbail-2” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+1-ci dəqiqəsində “Səbail” klubunun 38 №-li futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulmuşdur. Belə ki, turnirin reqlamentinə əsasən meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Beləki “Səbail-2” komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovu yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozmuşdur. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edir və kluba 0:3 hesablı texniki məğlubiyyət verir (maddə 97).
25 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 41 №-li futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
25 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılır, klub 400 manat cərimə olunur (maddə 42.5).
26 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2” klubunun 63 №-li futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
26 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK klubunun 27 №-li futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
26 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VIII turunun “Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyun başa çatdıqdan sonra “Zirə-2” klubunun 54 №-li futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
28 oktyabr 2018-ci il,  Bakcell U-17 Liqasının, “Keşlə” – “Tufan” matçının 64-cü dəqiqəsində “Tufan” klubunun 2 №-li futbolçusu Qismət İbrahimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 69-cu dəqiqəsində “Tufan” klubunun 3 №-li futbolçusu Musa Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 oktyabr 2018-ci il,  U-16 Liqasının, “Sabah” – “Viləş” matçının 73-cü dəqiqəsində “Viləş” klubunun inzibatçısı Çingiz Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
25 oktyabr 2018-ci il, U-16 Liqasının, “Səbail” – “Neftçi” matçının 27-ci dəqiqəsində “Neftçi” klubunun 17 №-li futbolçusu Selcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).         
20 oktyabr 2018-ci il, Coca Cola U-13 Liqasının , “Sabah” – “Səbail” matçının 41-ci dəqiqəsində “Sabah” klubunun 16 №-li futbolçusu Xəlil Müsəlli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 oktyabr 2018-ci il, U-12 Liqasının, “Qələmçə” (Ağstafa) – “Qazax Gəncləri” (Qazax) matçının 3-cü dəqiqəsində “Qazax Gəncləri” klubunun 6 №-li futbolçusu Fəxri Musayev komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.1).
27 oktyabr 2018-ci il, U-10 Liqasının, UGİM (Yevlax) –UGİM (Ağdaş) matçında UGİM (Ağdaş) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2018-ci il, U-10 Liqasının, “Çərəkə” (Göyçay) – “Kürdəmir Gİİ” matçında “Kürdəmir Gİİ” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2018-ci il U-13 qızlar Liqasında, “Fidan” (Bakı) – “Keşlə” FK (Bakı) matçında “Fidan” (Bakı) komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2018-ci il U-13 qızlar Liqasında, UGİM (Qax) – “Zaqatala” FK matçında “Zaqatala” komandasanın heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 oktyabr 2018-ci il U-13 qızlar Liqasında, UGİM (İsmayıllı) – “Xan Lənkəran” FK matçında “Xan Lənkəran” komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).          
28 oktyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının II dəstəsnin “Obolon” – SAB matçının 22-ci dəqiqəsində SAB klubunun 6 №-li futbolçusu Vüsal Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).   
 
Baş Sponsor 
Partnyorlar