az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 18.12.2018 Çap
15 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin “Zirə” – “Səbail” matçının 33-cü dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tone Kitanovski aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur (maddə 38.2).
 
 
İntizam Komitəsinin qərarları
15 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin “Neftçi” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun I hissəsi başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqiçisi Elnur Çodarov və “Neftçi” klubunun inzibatçısı Qədir Həsənov texniki zona qaydalarını pozduğlarına görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 1 oyun cəzalanır, hər iki klub 800 manat cərimə olunur (maddə 62).
16 dekabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Azərbaycan kubokunun ¼ final mərhələsinin “Qarabağ” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Kamran Ağayev və klubun Müşahidə Şurasının sədri Zaur Axundov hakimlər otağına icazəsiz daxil olduqlarına görə klub 1600 manat cərimə olunur (maddə 70).
15 dekabr 2018-ci il, Region Liqasının, “Salyan” – “Astara” matçında “Astara” klubunun məşqçisi Qəhrəman Mirzəyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 62).
15 dekabr 2018-ci il, Region Liqasının, “Kürdəmir” – “Füzuli” matçının 85-ci dəqiqəsində “Kürdəmir” klubunun 2 №-li futbolçusu Elşad Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 dekabr 2018-ci il, Region Liqasının, “Tufan” – “Uğur” matçının 66-cı dəqiqəsində “Tufan” klubunun 11 №-li futbolçusu Fəqan Məsimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Region Liqasının, “Neftçala” – “Alyans” matçının 63-cü dəqiqəsində “Alyans” klubunun 9 №-li futbolçusu Tural Məmmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 dekabr 2018-ci il, Region Liqasının, “Ağsu Siti” – “İmişli” matçının 25-ci dəqiqəsində “İmişli” klubunun 27 №-li futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
11 dekabr 2018-ci il, Gənclər Liqasının, “Qarabağ” – “Sabah” matçının 84-cü dəqiqəsində “Qarabağ” klubunun 19 №-li futbolçusu Zamiq Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Mil-Muğan” – “Neftçi” İK İB matçının 66-cı dəqiqəsində “Mil-Muğan” klubunun 32 №-li futbolçusu Babək Yaqublun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Sumqayıt” – “Keşlə” matçının 78-ci dəqiqəsində “Keşlə” klubunun 6 №-li futbolçusu Ridan Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində “Keşlə” klubunun 22 №-li futbolçusu Murad Salahzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Səbail” – “Xəzər Lənkəran” matçının 67-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 17 №-li futbolçusu Məhəmməd Ağazadə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
13 dekabr 2018-ci il, U-16 Liqasının, “Gəncə TİM” – ROİL matçında ROİL komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
16 dekabr 2018-ci il, Boulevard Hotel U-15 Liqasının, “Qarabağ” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Mahmud Ağayev rəqibi təhqir etdiyinə görə 2 oyun cəzalanır (maddə 42.1).
Oyunun 44-cü dəqiqəsində “Qarabağ” klubunun 5 №-li futbolçusu Vasif Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Qəbələ” – “Şüvəlan” matçının 54-cü dəqiqəsində “Qəbələ” klubunun 3 №-li futbolçusu Rüfət Bəbəlzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Neftçi” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Hacı İbrahim ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 40-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi İlyas Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
16 dekabr 2018-ci il, Kapital Bank U-14 Liqasının, “Sumqayıt” – “Əlincə” matçının 25-ci dəqiqəsində “Əlincə” klubunun 17 №-li futbolçusu Ayxan Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
Oyunun 45-ci dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Murad Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Xətai” – “Səbail” matçının 20-ci dəqiqəsində “Səbail” klubunun 10 №-li futbolçusu Raul Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
15 dekabr 2018-ci il, Coca Cola U-13 Liqasının, “Neftçi” İK İB – “Sabah” matçının 38-ci dəqiqəsində “Neftçi” İK İB” klubunun 3 №-li futbolçusu Həsən Məmmədov və “Sabah” klubunun 11 №-li futbolçusu Anar Cəbiyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
16 dekabr 2018-ci il, U-12 Liqasının, “Təhsil” RİM – “Səbail” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun 4 №-li futbolçusu Rəşad Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).
8 dekabr 2018-ci il, Yüksək qızlar Liqasının “Uğur” FK (Sumqayıt) – “Veqa” (Bakı) matçında “Veqa” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
16 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Təbriz”  – “Atletiko Baku” matçının 27-ci dəqiqəsində “Təbriz” klubunun 33 №-li futzalçısı İlqar Qazıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran”  – “Obolon” matçının 23-cü dəqiqəsində “Hicran” klubunun baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır (maddə 42.4).
16 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Neftçi”  – “Liman” matçının 23-cü dəqiqəsində “Liman” klubunun 2 №-li futzalçısı Elsevən Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
14 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Yasamal” FK  B – “Füzuli” FK matçının 21-ci dəqiqəsində “Yasamal” FK B klubunun 18 №-li futzalçısı Məhəmməd Osmanovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Green Log” FK  – ADBTİA  matçının 24-cü dəqiqəsində “Green Log” klubunun 10 №-li futzalçısı Rafail Nağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
15 dekabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropoliten” FK – U-19 matçının 11-ci dəqiqəsində U-19 klubunun 1 №-li futzalçısı Vladislav Reznov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
 
Baş Sponsor 
Partnyorlar