az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 29.01.2019 Çap
23 yanvar 2019-cu il, Gənclər Liqasının, “Neftçi” – “Səbail” matçının 10-cu dəqiqəsində “Neftçi” klubunun 35 №-li futbolçusu Fərman Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
İntizam Komitəsinin qərarları
23 yanvar 2019-cu il, Gənclər Liqasının, “Sumqayıt” – “Keşlə” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun 7 №-li futbolçusu Cavidan Abbaszadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
Oyunun 82-ci dəqiqəsində “Keşlə” klubunun 13 №-li futbolçusu Pərviz Azadov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
27 yanvar 2019-cu il, Gənclər Liqasının, “Neftçi” – “Qəbələ” matçının 90+6-cı dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Təbrik İsazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 yanvar 2019-cu il, U-16 Liqasının, “Zirə” FK – “Qəbələ” matçının 80-cı dəqiqəsində “Qəbələ” klubunun 2 №-li futbolçusu Süleyman Damadayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 80+5-ci dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu Ülvi Mədətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
24 yanvar 2019-cu il, U-16 Liqasının, “Sabah” – “Gəncə” matçının 47-ci dəqiqəsində “Gəncə” klubunun baş məşqçisi İlham Səmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).
28 dekabr 2018-ci il, U-13 Qızlar Liqasının, “Əhmədli Yunayted” – “Xırdalan City” matçında “Xırdalan City” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
19 yanvar 2019-cu il, U-13 Qızlar Liqasının, ŞKGB – “Angel” matçında ŞKGB komandası iştirak etmədiiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” MFK – “Araz” matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
25 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Yasamal” İSK  – “Liman” matçının 36-cı dəqiqəsində “Liman” klubunun 88 №-li futbolçusu Haqverdi Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
Oyunun 36-cı dəqiqəsində “Yasamal” İSK klubunun 11 №-li futbolçusu Amil Əlimirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır  (maddə 38.3).
26 yanvar 2019-cu il, futzal üzrə Azərbaycan kubokunun “Dalğa”  – “Rəvan”  matçının 36-cı dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Xalid Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar