az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 19.03.2019 Çap
15 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXI turunun “Sabah” – “Sumqayıt” matçında  “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
 
İntizam Komitəsinin qərarları
15 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXI turunun “Zirə” – “Keşlə” matçında  “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
13 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Neftçi-2” – “Sumqayıt-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
13 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Qarabağ-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
13 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
14 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Qaradağ Lökbatan” – “Zirə” matçının 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
14 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun “Keşlə-2” – “Kəpəz” matçının ikinci hissəsi “Keşlə-2” komandası ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur (maddə 53.3).
13 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XIX turunun MOİK – “Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsanaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur (maddə 67).
13 mart 2019-cu il, Gənclər Liqasının “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 7 №-li futbolçusu Pərvin Kərimli turu buraxmalı olduğu halda meydana çıxdığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
16 mart 2019-cu il, Bakcell U-17 Liqasının “Sabah” – “Xəzər Lənkəran” matçının 65-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 9 №-li futbolçusu Məmməd Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
17 mart 2019-cu il, Bakcell U-17 Liqasının “Zirə” – “Mil-Muğan” matçının 77-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Raul Musayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1). Oyunun 77-ci dəqiqəsində “Mil-Muğan” klubunun 6 №-li futbolçusu İlkin Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
16 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının “Gəncə TİM” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə” klubunun 3 №-li futbolçusu Cavid Yadullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
16 mart 2019-cu il, Boulevard Hotel U-15 Liqasının “Zaqatala” – “Zirə” matçının 70+1-ci dəqiqəsində “Zirə” klubunun 7 №-li futbolçusu Sənan Xəlili ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 mart 2019-cu il, Kapital Bank U-14 Liqasının “UGİM” (Şabran) – “Araz Bakı” UFK matçının 46-cı dəqiqəsində “Araz” klubunun 27 №-li futbolçusu Cəlal Məmmədzadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
16 mart 2019-cu il, U-13 Qızlar Liqasının UGİM (İsmayıllı) – UGİM (Qax) matçında UGİM (Qax) klubunun baş məşqiçisi hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 42.4).
16 mart 2019-cu il, U-13 Qızlar Liqasının “Fidan” – “Qusar” matçının 50-ci dəqiqəsində “Fidan” klubunun 16 №-li futbolçusu Ayşən Rüstəmova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
17 mart 2019-cu il, U-16 Qızlar Liqasının “Xırdalan City” (Bakı) – UGİM (Naftalan) matçının 17-ci dəqiqəsində “Xırdalan City” klubunun 5 №-li futbolçusu Aydan Eyniyeva aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
16 mart 2019-cu il, Yüksək Qızlar Liqasının, “Fidan” (Bakı) – “Qəbələ” matçının 61-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu İlahə Eyvazlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.3). Oyunun 61-ci dəqiqəsində “Fidan” klubunun 8 №-li futbolçusu Nazilə Mürsəlova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.3).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bibi-Heybət” – “Təbriz” matçının 18-ci dəqiqəsində “Bibi-Heybət” klubunun 1 №-li futbolçusu Elsevər Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Bibi Heybət” klubunun inzibatçısı Asif Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bədr FK-Xocalı” – “Mübariz” matçının 24-cü dəqiqəsində “Bədr FK-Xocalı” klubunun 5 №-li futbolçusu Zaur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). “Bədr FK-Xocalı” klubunun futbolçusu Ceyhun Mürşüdlü oyunun rəsmi şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının “Baker Hughes” – “Borçalı” matçının 28-ci dəqiqəsində “Baker Hughes” klubunun 11 №-li futbolçusu Nicat Abdullayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır  (maddə 38.3). Oyunun 28-ci dəqiqəsində “Borçalı” klubunun 13 №-li futbolçusu Anar Səlimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
17 mart 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının “Avanqard” – “Gilan” matçının 23-cü dəqiqəsində “Gilan” klubunun 7 №-li futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
Baş Sponsor 
Partnyorlar