az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 09.04.2019 Çap
6 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXIII turunun “Neftçi” – “Zirə” matçında  “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyun başa çatdıqdan sonra “Zirə” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.1).
Görüşün ikinci hissəsi “Neftçi” klubu üzündən 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunur (maddə 53.3).
Matç başa çatdıqdan sonra “Neftçi” klubunun mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunur (maddə 50). Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.
 
İntizam Komitəsinin qərarları
4 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXI turunun “Neftçi-2” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Ağsu” klubunun 5 №-li futbolçusu Kənan Əşrəfli sonuncu ümid fouluna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
5 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXI turunun “Qaradağ Lökbatan” – “Sumqayıt-2” oyununda “ Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə klub  80 manat cərimə olunur (maddə 55).
5 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXI turunun “Zaqatala” – “Səbail-2” matçında “Səbail-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 44-cü dəqiqəsində “Səbail-2” klubunun 99 №-li futbolçusu Jarjue Maudo ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyun başa çatdıqdan sonra “Səbail-2” klubunun 38 №-li futbolçusu Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.6).
5 aprel 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XXI turunun “Sabah-2” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 67-ci dəqiqəsində “Şüvəlan” klubunun baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur  (maddə 62).
6 aprel 2019-cu il, Region Liqasının “Uğur” (Sumqayıt) – “Energetik” (Mingəçevir) matçının 90+5-ci dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 24-cü dəqiqəsində “Uğur” klubunun məşqçisi Tural Salmanzadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 62).
Oyunun birinci hissəsi başa çatdıqdan sonra “Energetik” klubunun məşqçisi Samir Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev və 6 №-li futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə hər iki futbolçu 4 oyun cəzalanır (maddə 42.3).
6 aprel 2019-cu il, Region Liqasının “Füzuli” – “Bakı” matçının 68-ci dəqiqəsində “Füzuli” klubunun məşqçisi Xəqani Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılır (maddə 38.7).
Oyun başa çatdıqdan sonra “Füzuli” klubunun 6 №-li futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək tüpürdüyünə görə futbolçu 6 oyun cəzalanır (maddə 38.6).
7 aprel 2019-cu il, Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Azad Bayramzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.1).
4 aprel 2019-cu il, U-16 Liqasının “Qarabağ” – “Səbail” matçının 54-cü dəqiqəsində “Səbail” klubunun həkimi Əhməd Əhmədov hakimlər briqadasını təhqir etdiyinə görə  texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
7 aprel 2019-cu il, U-10 Liqasının “Səbail” – “Gəncə” TİM matçının 35-ci dəqiqəsində “Gəncə” TİM klubunun məşqçisi İntiqam Səmədov hakimi təhqir etdiyinə görə  texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Gəncə” TİM klubunun məşqçisi İlkin Verdiyev hakimi təhqir etdiyinə görə  texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.3).
30 mart 2019-cu il, Yüksək Qızlar Liqasının İOEUGİM (Bakı) – “Fidan” (Bakı) matçında “Fidan” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
7 aprel 2019-cu il, futzal üzrə İkinci Liqanın “Avanqart” – “Təbriz” matçının 24-cü dəqiqəsində “Təbriz” klubunun 33 №-li futzalçısı İlqar Qarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
      
Baş Sponsor 
Partnyorlar