az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 30.05.2019 Çap
İntizam Komitəsinin qərarları
26 may 2019-cu il, futzal üzrə İkinci Liqanın “Bibi-Heybət” – “Hövsan” matçında “Hövsan” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
26 may 2019-cu il, futzal üzrə İkinci Liqanın “Gilan Constraction” – “Star Karqo” matçının 28-ci dəqiqəsində “Star Karqo” klubunun futzalçısı Nicat Səfərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futzalçı 1 oyun cəzalanır (maddə 48).
26 may 2019-cu il, futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gənclik” İK matçının 9-cu dəqiqəsində “Borçalı” klubunun 19 №-li futzalçısı Orxan Qəhrəmanov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3).
 
Baş Sponsor 
Partnyorlar