az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 13.11.2019 Çap
9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Keşlə” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
 
 
İntizam Komitəsinin qərarları
9 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Qəbələ” – “Səbail” matçının 80-cı dəqiqəsində “Səbail” klubunun 79 №-li futbolçusu Əli Sadıxlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).
10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Sabah” – “Sumqayıt” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 51.2).
10 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqanın XI turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Tibbi xidmət oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.1).
7 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun “Zaqatala” – “Keşlə-2” matçında “Zaqatala” və ”Keşlə-2” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 63-cü dəqiqəsində “Keşlə-2” klubunun 66 №-li futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
7 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun “Zirə-2” – MOİK matçında “Zirə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 23-cü dəqiqəsində MOİK klubunun 33 №-li futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Oyunun 57-ci dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Kənan Zülfüqarov ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 47).
8 noyabr 2019-cu il, 2019/2020 mövsümündə I divizionun X  turunun “Səbail-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
10 noyabr 2019-cu il, Region Liqasının “İrəvan” – “Şahdağ” matçının 88-ci dəqiqəsində “İrəvan” klubunun 12 №-li futbolçusu İlkin Fərhadovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
9 noyabr 2019-cu il, Region Liqasının “Qusar” – “Qardaşlar” matçının 42-ci dəqiqəsində “Qardaşlar” klubunun 28 №-li futbolçusu Rüfət Əlizadə öz komanda yoldaşına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
11 noyabr 2019-cu il, Region Liqasının “Uğur” – “Şirvanovka” matçının 59-cu dəqiqəsində “Şirvanovka” klubunun 11 №-li futbolçusu Kamil Nurəhmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
10 noyabr 2019-cu il, Region Liqasının “TST-Astara” – “Alyans” matçının 68-ci dəqiqəsində “Alyans” klubunun 20 №-li futbolçusu İlyas Səfərzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 noyabr 2019-cu il, Region Liqasının “Dübəndi” (Ordubad) – “Babək” matçının 87-ci dəqiqəsində “Babək” klubunun 7 №-li futbolçusu Əli Sadıqov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyunun 90-ci dəqiqəsində “Dübəndi” klubunun 7 №-li futbolçusu Sahil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
5 noyabr 2019-cu il, Gənclər Liqasının “Neftçi” – “Sabah” matçının 78-ci dəqiqəsində “Neftçi” klubunun 33 №-li futbolçusu Turan Vəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
10 noyabr 2019-cu il, Gənclər Liqasının “Keşlə” – “Qəbələ” matçının 90+4-cü dəqiqəsində “Qəbələ” klubunun 9 №-li futbolçusu Əli Mürsəlov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
8 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Xəzər Lənkəran” matçının 42-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 12 №-li futbolçusu Zöhrab Quluşev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
10 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının “Kəpəz” – “Sabah” matçının 78-ci dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Elmir Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
10 noyabr 2019-cu il, Bakcell U-17 Liqasının “Neftçi” – “Tufan” matçı başa çatdıqdan sonra “Tufan” klubunun 11 №-li futbolçusu Rəvan Quluzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
Oyun başa çatdıqdan sonra “Tufan” klubunun inzibatçısı İsgəndər Paşalı hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
7 noyabr 2019-cu il, U-16 Liqasının “Səbail” – “Keşlə” matçının 18-ci dəqiqəsində “Səbail” klubunun 2 №-li futbolçusu Asim Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.2).
Oyunun 18-ci dəqiqəsində “Keşlə” klubunun 11 №-li futbolçusu Kamran Məlikov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
10 noyabr 2019-cu il, U-14 Liqasının “Zirvə” – “Quba” OİK matçının 58-ci dəqiqəsində “Quba” klubunun 10 №-li futbolçusu Amid Eldarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
10 noyabr 2019-cu il, U-14 Liqasının, “Xəzər Lənkəran” – “Masallı” matçının 50-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Rafael Eyvazov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanır (maddə 41.3).
Oyunun 55-ci dəqiqəsində “Masallı” klubunun 5 №-li futbolçusu Soltan Salmanov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 55-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Elmar Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 55-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun baş məşqçisi İqbal Babayev meydançaya daxil olaraq hakimə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki təzyiq göstərdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 37.8), (maddə 37.10).
Oyunun 56-cı dəqiqəsində “Masallı” klubunun baş məşqçisi Sehran Babayev meydançaya daxil olaraq rəqib məşqçini təhqir etdiyinə görə 2 oun cəzalanır(maddə 41.3).
20 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının “Kəpəz” – “Azəri TİM” matçının 15-ci dəqiqəsində “Kəpəz” klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır (maddə 37.8).
9 noyabr 2019-cuil, Coca-Cola U-13 Liqasının UGİM (Naftalan) – UGİM (Göranboy) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2019-cu il, U-12 Liqasının, “Dortmund” (Bakı) – “Uğur” (Sumqayıt) oyundan sonra “Dortmund” klubunun baş məşqçisi Emil İbrahimov rəqib futbolçuya qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanır (maddə 41.1).
9 noyabr 2019-cu il, U-12 Liqasının, “UGİM Gənclərbirliyi” – “TİM Uğur” matçının 45-ci dəqiqəsində “UGİM Gənclərbirliyi” klubunun 7 №-li futbolçusu Qurban Məmmədov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
Oyunun 45-ci dəqiqəsində “TİM Uğur” klubunun 11 №-li futbolçusu Həsən Purxatəzimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
9 noyabr 2019-cuil, U-12 Liqasının, “Qədirli” (Tovuz) – “Qala” (Şəmkir) matçında “Qala” komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 noyabr 2019-cuil, U-12 Liqasının “Bahar Gİİ” (Beylaqan) – “Füzuli” matçında “Bahar Gİİ” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 noyabr 2019-cuil, U-11 Liqasının, “UGİM Top Qapı” (Bərdə) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
9 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının “Dinamo” (Balakən) – “Lokomativ” (Balakən) matçında “Dinamo” komandasının heyətində sənədi olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Baker Tilly” matçının 29-cı dəqiqəsində “Baker Tilly” klubunun 5 №-li futbolçusu Abbas Qasımzadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.3).
Oyunun 29-cu dəqiqəsində “Baker Tilly” klubunun 77 №-li futbolçusu Rəcəb Fərəczadə hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 41.3).
2 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın, “Baku Fire-2” – “Qarabağ Füzuli” matçının 5-ci dəqiqəsində “Qarabağ Füzuli” klubunun 1 №-li futbolçusu Kənan Mehdiyəbov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Yasamal İSK” – “Record Club” matçının 19-cu dəqiqəsində “Yasamal İSK” klubunun 13 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 40-cu dəqiqəsində “Record Club” klubunun 6 №-li futbolçusu Sabir Hacıəliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Araz” – “Marafon” matçının 18-ci dəqiqəsində “Marafon” klubunun 9 №-li futbolçusu Seymur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
7 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Premier” matçının 24-cü dəqiqəsində “Xızı Futzal” klubunun 10 №-li futbolçusu Qərib İbrahimov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır  (maddə 41.3).
10 noyabr 2019-cu il, İkinci Liqanın AZZERS – “Borçalı” matçında AZZERS komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 noyabr 2019-cu il, İkinci Liqanın “Advokat” – “Star Karqo-2” matçında “Star Karqo-2” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
10 noyabr 2019-cu il, İkinci Liqanın “Baku Fire-3” – “Baker Hughes” matçında “Baker Hughes” komandası təyin olunan vaxtda meydanda olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 noyabr 2019-cu il, Birinci Liqanın “Forza Neftçi” – “Xızı Yasamal” matçının 19-cu dəqiqəsində “Xızı Yasamal” klubunun 8 №-li futbolçusu Emin Kərimovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 37.3).
“Xızı Yasamal” klubu meydanı oyun başa çatmamış özbaşına tərk etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Apellyasiya Arbitraj Tribunalının İntizam Komitəsinə müraciətindən sonra 19 oktyabr tarixində keçirilmiş “Xəzər Lənkəran” – “Kəpəz” matçında baş verənlərə yenidən baxılmasını bildirmişdir. Oyunun videoyazısına baxıldıqdan sonra İntizam Komitəsi 22 oktyabr 2019-cu il tarixli qərarına aşağıdakı əlavəni edir :
“Xəzər Lənkəran” klubunun 14 №-li futbolçusu Mirtaleh Musazadə aqressiv davranışa (rəqibə bilərəkdən zərbə endirdiyinə) görə 4 oyun cəzalanır (maddə 37.3).
 
Baş Sponsor 
Partnyorlar