az en
News / Növbəti treninqlər Gəncədə və Qəbələdə (fotolar)

Növbəti treninqlər Gəncədə və Qəbələdə (fotolar)

Qeydiyyat sistemi Dərc olundu: 20.04.2018 Çap
Növbəti treninqlər Gəncədə və Qəbələdə (fotolar)
2018/19-cu il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər davam edir. Növbəti treninq Gəncədə və Qəbələdə keçirilib.
Qeyd edək ki, treninqdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.
“Futbola Qoşul” onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.
 
Baş Sponsor 
Partnyorlar