az en
News / Orxan Hüseynzadə Klublar Komitəsinin sədri seçilib

Orxan Hüseynzadə Klublar Komitəsinin sədri seçilib

Klublar Komitəsi Dərc olundu: 13.12.2017 Çap
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.
 
Orxan Hüseynzadə Klublar Komitəsinin sədri seçilib
İclasda Topaz Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının nümayəndələri iştirak ediblər. 
İclasda danışılmış oyunlarla və idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı müzakirələr aparılıb. Daha sonra sədr Kamran Quliyev komitənin 1 illik fəaliyyəti barədə çıxış edib.
Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Neftçi” klubunun prezidenti Orxan Hüseynzadə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.
 
Baş Sponsor 
Partnyorlar