az en
News / “Oyun intizamına riayət etdik”

“Oyun intizamına riayət etdik”

Futzal Dərc olundu: 15.04.2019 Çap
Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyununda sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına açıqlama verib:
 
 
“Oyun intizamına riayət etdik”
“Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.
 
Baş Sponsor 
Partnyorlar