az en
News / "Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik"

"Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik"

U-19 Dərc olundu: 14.02.2019 Çap
Bu gün İspaniyanın “Ranero” komandasının müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib:
 
"Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik"
"Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik. Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".
Baş Sponsor 
Partnyorlar