az en
News / “Payız turniri” başa çatıb

“Payız turniri” başa çatıb

Əlillər futbolu Dərc olundu: 27.11.2017 Çap
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb. 
 
“Payız turniri” başa çatıb
Turnirin qalibi “Şimşək” komandası olub. “Zirvə” 2-ci, “Azəri” isə 3-cü yeri tutub. “Zirvə” komandasından Şövkət Əskərov ən yaxşı qapıçı, “Azəri” komandasından Rüfət Yusifov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu 18 qol vuran “Şimşək” komandasının üzvü Tural Muxtarov olub. 
 
Baş Sponsor 
Partnyorlar