az en
News / “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

“Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

U-17 Dərc olundu: 13.11.2019 Çap
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün Yunanıstan yığması ilə keçirilmiş oyunla bağlı affa.az-a fikirlərini bildirib:
 
“Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”
“İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.
 
Baş Sponsor 
Partnyorlar