az en
News / Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq

Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq

AFFA Dərc olundu: 22.05.2015 Çap
Çimərlik futbolu üzrə Portuqaliya milli komandası  Bakı-2015 Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq. Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb. Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.
 
Portuqaliya millisi “Dalğa Arena”da hazırlaşacaq
Baş Sponsor 
Partnyorlar